Dərc edildi: Baxış sayı: 413
Aviasiya sənayesinin dirçəlməsi dörd il çəkəcək
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası qlobal hava daşımalarının koronavirus pandemiyasından əvvəlki səviyyəyə gəlib çata bilməsi üçün 2024-cü ilə qədər gözləməyin lazım olduğunu bildirib.
Baku TV xəbər verir ki, assosiasiya buna səbəb kimi ABŞ və digər inkişaf etmiş ölkələrdə COVID-19-un qarşısını almaq üçün tətbiq olunan tədbirlərin çox yavaş templə irəlilədiyini göstərib.
Hava Nəqliyyatı Assosiasiyası açıqlamasında “Virusun yayılmasına qarşı görülən tədbirlərdə ABŞ-dan başqa, digər inkişaf etmiş ölkələr kiçik uğurlar əldə etsələr də, həm bu ölkələrdə, həm də Çində bu epidemiya yenidən baş qaldırdı” deyə bildirilib.
Daha ətraflı Baku TV-nin videosüjetində:
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət