Slimfit
  1. AZƏRBAYCAN

“Aviamost” qəzeti Azərbaycandan yazdı

“Aviamost” qəzeti Azərbaycandan yazdı
Sakura

“Aviamost” qəzeti Azərbaycandan yazdı

Birləşmiş Ərəb Əmirliklərində böyük oxucu auditoriyasına malik olan ərəb, ingilis, rus və çin dilli “Aviamost” qəzetində Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarovun “Azərbaycanın Müstəqillik Günü” sərlövhəli məqaləsi dərc olunub.
AzVision.az xəbər verir ki, məqalədə 18 oktyabr tarixində Azərbaycanın Dövlət Müstəqillik Gününü qeyd etdiyini bildirən səfir deyib ki, 27 il bundan əvvəl uzun illər müstəqillik həsrətində olan Azərbaycan xalqı qarşısında duran bütün çətinliklərə tab gətirərək, 1991-ci il 18 oktyabr tarixində müstəqillik haqqında Konstitusiya Aktını qəbul edib.

Diplomat müstəqilliyin qorunub-saxlanmasının onun əldə edilməsindən daha çətin vəzifə olduğunun tarix tərəfindən sübuta yetirildiyi vurğulayaraq qeyd edib ki, Azərbaycan XX əsrdə iki dəfə müstəqillik qazanmaq imkanı əldə edib. İslam dünyası və Şərqdə 1918-ci ilin 28 may tarixində qurulmuş ilk dünyəvi demokratik dövlət cəmi 23 ay yaşayıb, xarici qüvvələrin müdaxiləsi nəticəsində süquta uğrayıb. Azərbaycan Xalq Cümhuriyyətidünyanın 20-dən çox ölkəsi ilə əlaqələr qurmuş, dövlətin rəsmi simvolları və Azərbaycan vətəndaşlığı haqqında əsasnamə qəbul edilmiş, kişi və qadınların bərabər hüquqlara malik olmaları tanınmışdır. Cümhuriyyət dövründə icra, qanunvericilik və məhkəmə hakimiyyətlərinin tam müstəqilliyi təmin olunmuş, Azərbaycan Silahlı Qüvvələri, Xəzərdəniz donanması yaradılmış, Azərbaycan Dövlət Universiteti təsis edilmiş, yüzlərlə gəncə Avropanın aparıcı universitetlərində təhsil almaq üçün təqaüdlər ayrılmışdı.

Müəllif vurğulayıb ki, Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycan müstəqilliyini bərpa etmək üçün yenidən imkan əldə etdi. 1991-ci il Azərbaycan üçün mürəkkəb, lakin şərəfli il oldu. Həmin dövrdə xalqın ağrısı, qəzəbi, gözləntiləri ən yüksək nöqtəyə çatmışdı. Azərbaycan xalqının ardı kəsilməyən nümayişlərə başladığını söyləyən diplomat qeyd edib ki, 1990-cı il yanvarın 20-də xalqımıza qarşı amansız qırğın törədildi. Lakin sovet tankları müstəqilliyə aparan yolun qarşısını ala bilmədi. Yüzlərlə oğul-qızını qurban verən Azərbaycan yeni həyata, yeni reallıqlara qədəm qoydu. Nəhayət, Azərbaycan parlamenti 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktını qəbul etdi. Sənədə əsasən, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edildi.

Məqalədə bildirilib ki, 1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına dəstəklə bağlı keçirilən ümummilli referendumunda səs verənlərin 95 faizi iştirak edərək yekdilliklə ölkənin müstəqilliyini dəstəklədi. Müstəqilliyini elan etmiş Azərbaycanın dünya ölkələri, o cümlədən BƏƏ tərəfindən tanındı, 1992-ci il mayın 2-də Azərbaycan BMT-nin üzvlüyünə qəbul edildi.

D.Şikarov yazıda ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının yüksək templərlə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, təbii sərvətlərlə zəngin olan Azərbaycan enerji resurslarını Avropaya ixrac edir və bu regionun enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Əlverişli coğrafi yerləşməsindən məharətlə istifadə edən ölkə rəhbərliyi Azərbaycanı Şimal-Cənub, Şərq-Qərb nəqliyyat qovşağına çevirə bilib. 10 milyon əhalisi olan Azərbaycan Cənubi Qafqaz regionunda nüfuz sahibi, regionda əsas sərmayəçi ölkədir. Bütün bunlar iqtisadi, sənaye, infrastruktur, kənd təsərrüfatı, idman və turizm sahələrinin inkişafı ilə müşahidə olunur.

Məqalədə Azərbaycanın öz xarici siyasətini ölkə maraqları üzərində qurduğu, Avropa və Asiyanın siyasi sərhədində yerləşərək, hər iki qitənin siyasi strukturlarına inteqrasiya olduğu qeyd edilib. Bildirilib ki, Azərbaycan Avropa Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı kimi təşkilatların üzvüdür və 2012-2013-cü illərdə BMTTəhlükəsizlik Şurasının qeyri daimi üzvü olub.

D.Şikarovun yazısında yaxın dostluq və səmimi münasibətdə olan Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin ikitərəfli və çoxtərəfli formatda geniş əməkdaşlıq etdiyi bildirib. İki ölkə arasında siyasi, iqtisadi, mədəniyyət, ədliyyə və digər sahələrdə bir sıra sənədlərin imzalandığı qeyd olunub.

Müəllif bildirib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər ikitərəfli münasibətləri gücləndirir, siyasi dialoqu təmin edir və ikitərəfli əməkdaşlığın təşviqinə xidmət edir. İki ölkə arasında ticarət mübadiləsi ildən ilə artır, Azərbaycan Hava Yolları, BƏƏ-nin “Ettihad”, “Flydubay” və “Air Arabia” hava yolları tərəfindən iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi, fiziki və hüquqi şəxslərin müxtəlif beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakı xalqlar arasında münasibətlərin, turizm və ticarət əlaqələrinin güclənməsinə xidmət edir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR