Slimfit
  1. MƏDƏNİYYƏT

"Avatar"ın növbəti seriyaları çəkilir

"Avatar"ın növbəti seriyaları çəkilir
Sakura

Eyni anda çəkiləcək 2-ci və 3-cü seriallar 2020-2021-ci illərdə ekranlara gələcək

2009-cu ildə ilki çəkilən və bütün dünyada 2.8 milyard hasilat əldə edərək bütün zamanların ən çox qazanc əldə edən filmi olan "Avatar"ın növbəti seriyalarının çəkilməsi üçün hazırlıqlar başlayıb.

Çəkilişlərinə ötən ilin noyabrında başlanılan filmin "live-action" səhnələrinin çəkilişlərinə bu günlərdə start veriləcək. "Avatar"ın növbəti seriyalarında yer alacaq aktyorların adları müəyyənləşib. Adı açıqlanan son aktyor isə Vin Dizel olub.

AzNews.az bildirir ki, Vin Dizel "İnstagram" hesabından paylaşdığı yeni video ilə bunu bildirib.

Ceyms Kameron ilə filmin setində görüntülənən Dizel illərdir Kameron ilə çalışmaq istədiyini və axır ki, usta rejissorla çalışacağının qürurunu yaşayacağını ifadə edib.

2-ci və 3-cü seriallar eyni anda çəkildiyi üçün aktyorun bunların hansında rol aldığı məlum deyil.

Filmin rejissoru Ceyms Kameron "Avatar"ın 4 seriyasını hazırlayıb. Eyni anda çəkiləcək 2-ci və 3-cü seriallar 2020-2021-ci illərdə ekranlara gələcək.

İşlərin planlaşdırıldığı kimi gedəcəyi təqdirdə 4-cü və 5-ci serialların çəkilişlərinə başlanacağı bildirilib. Bu seriyalar isə 2023-2024-cü illər üçün nəzərdə tutulub.

Qeyd edək ki, ilk filmin baş rollarında Sem Vortinqton, Zoe Saldana, Siqorney Viver və Stefan Lanqın yer alıb.

Növbəti seriyalarda Vin Dizelden başqa Keyt Vinslet, Klif Kutis, Devid Teflis və Edie Falkao da rol alacaq.

Cavidan Mirzəzadə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR