Slimfit
  1. CƏMİYYƏT

Audiovizual Şura "ATV Plus" ilə bağlı məhkəməyə müraciət edib

Audiovizual Şura "ATV Plus" ilə bağlı məhkəməyə müraciət edib
Sakura

Audiovizual Şura "ATV Plus" ilə bağlı məhkəməyə müraciət edib

"ATV Plus" MMC-nin retranslyasiya paketin hüquqi sənəd olmadan xarici televiziya kanalının retranslyasiya (bir teleradio yayımçısının yayımladığı teleradio proqramlarının digər teleradio yayımçısı tərəfindən texniki vasitələrin köməyi ilə qismən, yaxud tam və dəyişdirilmədən qəbulu və eyni vaxtda yenidən yayımlanması) olunması faktı aşkarlanıb.

Ens.Az-ın məlumatına əsasən,bu barədə Missiya.Az-a Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, bununla bağlı Audiovizual Şura tərəfindən 4 oktyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilib.

"Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər", - deyə məlumatda qeyd edilib.

 

Qeyd edək ki, hazırda Audiovizual Şuranın mütəxəssisləri bir sıra operatorlar tərəfindən təqdim olunan sənədlərə və onların retranslyasiya paketlərinə baxışı həyata keçirir, müvafiq monitorinq işləri aparırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR