Slimfit
  1. SİYASƏT

ATƏT PA-nın qış sessiyasında Ermənistanın təxribatının qarşısı alınıb

ATƏT PA-nın qış sessiyasında Ermənistanın təxribatının qarşısı alınıb
Sakura

ATƏT PA-nın qış sessiyasında Ermənistanın təxribatının qarşısı alınıb

“ATƏT Parlament Assambleyasının Vyanada keçirilən qış sessiyasında “Uzadılmış münaqişələrin həll edilməsində ATƏT-in alət və mexanizmləri”, Azərbaycanda, Ukraynada, Belarusda, Özbəkistanda keçirilmiş seçkilərlə əlaqədar ilkin hesabatın dinlənilməsi, ”, “ATƏT regionunda antisemitizm, ayrıseçkilik və dözümsüzlüklə mübarizə”, terrorçuluğa qarşı mübarizədə ölkələr arasında əməkdaşlığın yeni formatlarının tapılması diqqət mərkəzində oldu”. 

Bunu APA-ya açıqlamasında Milli Məclisin ATƏT Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili bildirib. 

T. Mirkişili deyib ki, fevralın 20-də Daimi Komitənin iclası keçirilib: “Biz elə ilk iclasda təxribatla üzləşdik. İclasda çıxış edən Ermənistan nümayəndə heyətinin rəhbəri martın 31-də tanınmamış qondarma “Dağlıq Qarabağ Respublikası”nda seçkilərin keçiriləcəyini bildirdi, ATƏT-ə həmin seçkiləri müşahidə etmək üçün dəvətdən danışdı.  

Mən bu çıxışdan sonra söz aldım. Çıxışımda artıq Azərbaycanda parlament seçkilərinin keçirildiyini, bu seçkilərin Azərbaycan ərazisində yeganə qanuni seçki olduğunu, bu seçkilərin ATƏT-in hesabatlarında əksini tapdığını bildirdim. Qeyd etdim ki, qəbul olunmuş standartlara görə, seçkilər ölkə ərazisində o zaman qanuni sayılır ki, ölkənin Konstitusiyasına, o cümlədən ATƏT-in hər bir üzvünün, həmçinin Ermənistanın qəbul etdiyi Kopenhagen öhdəliklərinə uyğun olmalıdır. Buna görə də Ermənistan nümayəndə heyətinin rəhbərinin haqqında danışdığı məsələ təxribat xarakteri daşıyır, Ermənistanın götürdüyü öhdəliklərə də ziddir.  

Xüsusi vurğuladım ki, Azərbaycanda keçirilən seçkilərdə artıq Dağlıq Qarabağın icması iştirak edib, parlamentə deputatlar seçiblər. Azərbaycan Mərkəzi Seçki Komissiyası da parlament seçkilərindən əvvəl Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarını da seçkilərdə iştirak etməyə dəvət edib. Lakin işğalçı Ermənistan rejimi bu vətəndaşların həmin vətəndaşlarımızın parlament seçkilərində iştirakına şərait yaratmayıb.  

Daimi Komitədə çıxış edən ATƏT Parlament Assambleyasının prezidenti və baş katibi Azərbaycanda keçirilən parlament seçkiləri və bu seçkilər zamanı müsbət məqamların olduğunu qeyd etdilər. Azərbaycan hökuməti ilə ATƏT arasında da əməkdaşlığın müsbət məqamlar üzərində qurulduğunu, amma eyni zamanda da çatışmazlıqların həlli üçün Azərbaycan hökumətinin bəyanatını kifayət qədər yüksək qiymətləndirdiklərini vurğuladılar”. 

T. Mirkişili qeyd edib ki, digər komitə iclaslarında müxtəlif mövzular üzrə müzakirələr aparılıb: “Azərbaycanı maraqlandıran ən mühüm məsələlərdən biri “Uzadılmış münaqişələrin həll edilməsində ATƏT-in alət və mexanizmləri” ilə bağı xüsusi debat idi. Bu debat zamanı da Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında müəyyən dərəcədə gərginlik, fərqli yanaşmalar oldu. Çünki biz daim həlli uzadılmış münaqişələrin qəbul edilmiş indiyə qədər formatı, eyni zamanda beynəlxalq hüquq normaları çərçivəsində, heç bir ölkəyə fərq qoyulmadan eyni prinsiplər əsasında həllini vacib saydıq.  

Ermənistan nümayəndə heyətinin rəhbəri isə baş nazirlərinin əvvəllər dediyi kimi, danışıqlar formatının dəyişdirilməsi və qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərəf ola biləcəyi kimi məsələlər qaldırdılar. Amma bizim tərəfimizdən arqumentlər ortaya qoyuldu. Eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin danışıqlar formatının dəyişdirilə bilməyəcəyi barədə bəyanatını nəzərə çatdırdıq. Ona görə də bu istiqamətdə fikirləri qarşısını aldıq”. 

Nümayəndə heyəti rəhbərinin müavini daha sonra “ATƏT regionunda antisemitizm, ayrıseçkilik və dözümsüzlüklə mübarizə” mövzusunda müzakirələr zamanı da Azərbaycanın mövqeyinin ortaya qoyulduğunu nəzərə çatdırıb: “Ermənistanın monoetnik ölkə olması, Cənubi Qafqazda ayrıskeçkilik və antisemitizmə yol verdiyini vurğuladım. Yerli gəlmişkən, Azərbaycanda parlament seçkiləri barədə danışılarkən ATƏT-in qısamüddətli Müşahidə Missiyasının rəhbəri Artur Gerasimov Azərbaycan ərazilərinin bir hissəsinin işğal altında olduğu, ona görə də ATƏT-in müşahidə missiyasının bu ərazilərdə olmadıqlarını xüsusi qeyd etdi. Ermənistan nümayəndə heyəti yenidən müdaxilə edərək, bunun şəxsi fikir olub-olmaması barədə sual verdi. Müşahidə Missiyasının rəhbəri dedi ki, bu, parlament seçkiləri ilə bağlı rəsmi hesabatda da əksini tapıb. Bundan sonra biz xüsusi bəyanat yaymağa məcbur olduq. Xüsusi bəyanatda qeyd edildi ki, Ermənistan nümayəndə heyəti iki gün ərzində bütövlükdə danışıqların ruhuna zidd olaraq, Ermənistanın keçmiş hökumətinin və nümayəndə heyətinin apardığı siyasəti davam etdirir. Yəni təxribatlara yol verir. Azərbaycan haqqında yanlış informasiyalar yayırlar. Bütövlükdə Ermənistan-Azərbaycan Dağlıq Qaradağ münaqişəsinin həlli ilə bağlı formatın ruhuna uyğun olmayan hərəkətləri diqqətə çatdırıldı. Eyni zamanda bəyanatda Ermənistan nümayəndə heyətinə sual ünvanlandı ki, siz neçə inqilab etməli, neçə hökuməti devirməli, neçə baş naziri və prezidenti həbs etməlisiniz ki, apardığınız bu siyasətin perspektivsiz olduğunu anlayasınız. Bununla da ATƏT PA-nın sessiyası başa çatdı”.        

T. Mirkişili qeyd edib ki, ATƏT PA-nın növbəti sessiyası Vankuverdə olacaq: “Həmin sessiyada ATƏT PA-nın yeni prezidenti, vitse-prezidentlərinin və komitə sədrlərinin seçilməsi müzakirə olunacaq ” 

Qeyd edək ki, Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 19-dan 22-dək Avstriyanın Vyana şəhərində səfərdə olub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR