Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Atəşkəsdən indiyədək ermənilər tərəfindən 398 hərbçimiz öldürülüb

Atəşkəsdən indiyədək ermənilər tərəfindən 398 hərbçimiz öldürülüb
Sakura

Atəşkəsdən indiyədək ermənilər tərəfindən 398 hərbçimiz öldürülüb

“İyulda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ərazilərinə qarşı təcavüz nəticəsində altı nəfərin mülki obyektinə ciddi ziyan dəyib, hətta tamamilə məhv edilib”.

Ens.az BAKU.WS-in müxbirinin məlumatına istinadən xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə deyib.

K.Əliyev bildirib ki, hərbçilərdən əlavə, mülki şəxsimiz Əziz Əzizov da qətlə yetirilib:

“Həmçinin, avqustun 23-də isə Ermənistanın diversiya kəşfiyyat qrupunun rəhbəri saxlanılılıb.

Onların məqsədi Azərbaycan Ordusu, təchizatı və digər məsələlərlə bağlı məlumat əldə etmək olub. Lakin buna nail ola bilməyiblər. Bu məsələ ilə bağlı cinayət işi üzrə Baş Prokurorluqda istintaq aparılır.

Erməni silahlı qüvvələri 2016-cı ilin Aprel hadisələri zamanı altı mülki şəxs qətlə yetirib, 26 mülki şəxs yaralanıb. 300 ev və obyekt yararsız hala salınıb”.

O bildirib ki, 1994-cü ildən bu günə qədər ermənilər atəşkəs rejiminə riayət etməyib, onlar hər zaman mülki və hərbi cinayətlər törədiblər:

“Bişkek müqaviləsi imzalanandan bu günə qədər, yəni atəşkəs imzalanandan indiyə qədər 398 hərbçimiz, 31 mülki şəxs öldürüb.

2016-cı ilin Aprel hadisələri zamanı altı mülki şəxs qətlə yetirib, 26 mülki şəxs yaralanıb.

Bununla yanaşı, 1038 hərbçi , 69 mülki şəxs yaralanıb”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR