Atasının komandasına qol vurduğuna görə ağladı
Futbol üzrə Venesuela çempionatında çox maraqlı hadisə baş verib. Rəqib komandanın qapısına qol vuran futbolçu ağlayıb.
Bizimyol.info xəbər verir ki, “Deportivo Taçira”da oynayan Cankarlo Maldonado qoldan sonra göz yaşlarını saxlaya bilməyib. İş orasındadır ki, hücumçu topu atasının baş məşqçi olduğu komandanın qapısından keçirib. Hesabda irəli olan “Puerto Kabelyo” əsas vaxta əlavə edilmiş dəqiqələrdə qapını qoruya bilməyib. Maldonadonun zərbəsindən sonra hesab bərabərləşib (2:2). Beləcə, hücumçunun atasının komandası son saniyələrdə vacib iki xal itirib.
Xal itkisi “Puerto Kabelyo”ya turnir cədvəlinin ortalarını tərk etməyə imkan verməyib. Bu komanda 19 turdan sonra 11-ci, “Deportivo Taçira” isə 9-cu yerdədir.
#LIGAFUTVExTLT | GOOOOOOOOL de Giancarlo Maldonado. Empata el equipo Aurinegro en el tiempo añadido del compromiso
— TLT ¡La Tele Tuya! (@LaTeleTuya) 19 мая 2019 г.
@la_academiapc 2-2 @DvoTachira
Disfrútalo online a través de https://t.co/HoTsyEiCCv pic.twitter.com/hdfpMl4WoV
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət