Dərc edildi: Baxış sayı: 483
"Atamın saxlanılması yalandır" - Oğlundan Əli Həsənovla bağlı açıqlama
Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılmasına dair şayiə xarakterli məlumatlar yayılıb.
Unikal.org xəbər verir ki, bununla bağlı Əli Həsənovun oğlu Şamxal Həsənli bildirib ki, bu məlumatlar əsassızdır: "Atam ürəyindən əməliyyat olunduğuna görə ildə bir neçə dəfə həkim nəzarətindən keçmək üçün Avstriyaya gedir. Dekabrın 25-də növbəti müayinə üçün atam yenidən bu ölkəyə gedərək həkim müayinəsindən keçib. Səhhəti ilə bağlı hər şey qaydasındadır və inşallah, dekabrın 29-u ölkəyə, Bakıya qayıdacaq”.
"Şayiə, böhtan xarakterli məlumat yayanlara isə bu cür çirkin əməllərdən əl çəkməyi tövsiyə edirəm” deyə Şamxal Həsənli bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət