Dərc edildi: Baxış sayı: 502
Atambayevin telekanalının əmlakına həbs qoyuldu
Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevə tabe olan “Aprel” telekanalının mülkiyyətinə məhkəmə qərarı ilə həbs qoyulub.
Bu barədə avqustun 10-da ölkənin DİN mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl “Aprel” telekanalının yayımı dayandırılıb. Bu barədə qərar xüsusi təyinatlıların Atambayevin iqamətgahına hücum etdikləri gün qəbul olunmuşdu.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Koy-Taş kəndində keçirilən əməliyyat zamanı sabiq prezidentin tərəfdarlarının əsir düşənlərlə bağlı sorğu-sualı davam edir. Məlumata görə, Atambayevin iki tərəfdarı müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət