Dərc edildi: Baxış sayı: 700
“Atalığım Qız qalasına üçrəngli bayrağımızı sancdığı üçün 10 il sürgün həyatı yaşayıb...”
“Bu gün mənim üçün üç qat bayramdır”
Bunu Moderator.az-a açıqlamasında bu gün doğum günü olan xalq artisti Naibə Allahverdiyeva deyib. N.Allahverdiya belə gündə doğulduğu üçün özünün şanslı olduğunu bildirib:
“Yəqin ki, mənim şansımdır ki, belə gündə doğulmuşam. Bu gün mənim üçün üç qat bayramdır. Həm Respublika Günüdür, həm ad günümdür, həm də atalığım, dissident Cahid Hilaloğlu 1956-cı ilin bu gün Qız qalasına əlləriylə tikdiyi üçrəngli bayrağımızı sancıb. Buna görə də o, 10 il sürgün həyatı yaşayıb. Onların gizli təşkilatları olub. Həmin vaxt bir anlıq da olsa bayrağımız orda dalğalanıb və o, polislər tərəfindən həbs edilib. Polis bölməsində atalığımın üstünə başqa cinayətlər yıxaraq həbs ediblər. O, həm rejissor və aktyor idi, savadlı insan olub. Öz həyat yoldaşını məcbur ediblər ki, ona xalq düşməni desin. Bir sözlə başına çox hadisələr gəlib”.
N.Allahverdiyeva doğum gününü təntənəli şəkildə qeyd etməyi düşünmədiyini bildirib:
“Qaldı ki, doğum günümü keçirmək istəmirəm. Bir rəfiqəm var o, dəvət edib ki, onların bağında doğum günümü keçirək. Bir dəfə “Space”də keçiriblər. Hər dəfə doğum günümdə bir problem çıxır. İndi də bir az səhhətimdə problem var”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət