Dərc edildi: Baxış sayı: 4178
Azərbaycan atalar sözləri - Z hərfi
- Zahirdən batinə yol var.
- Zahiri gözəl - batini çirkin.
- Zahiri gözəllik müvəqqətidir.
- Zalıma allah bəla verər.
- Zalıma rəhm etmək, məzluma zülm etməkdir.
- Zalımın çörəyi dizi üstə olar.
- Zalımın qılıncından kasıbın ahı pisdir.
- Zalımın ömrü az olar.
- Zalımın zülmü yadında qalmaz.
- Zaman axıb gedir, amma hər işini qurtarıb getmir.
- Zaman bir nəhrdir axar, durmaz.
- Zaman ilə hesablaşmaq gərək.
- Zaman keçər, söz qalar.
- Zaman pul deyil, onu qaytarmaq olmaz.
- Zaman səbrlidir.
- Zaman sənə saz olmasa, sən zamana saz ol.
- Zaman zamana uymaz.
- Zamana ilə düzəlişən həmişə rahatdır.
- Zamanaya bax, arıya qaval çaldırır.
- Zatı qırıqdır.
- Zatına da, südünə də bələdəm.
- Zəhər gələndə acı qaçar.
- Zəhər zəhəri öldürər.
- Zəhmət batmaz.
- Zəhmət çəkən bal yeyər.
- Zəhmət çəkməyən bal yeməz.
- Zəhmət çəkməyən rahatlığın qədrini bilməz.
- Zəhmət olan yerdə qeybət olmaz.
- Zəhmət - torpaqda, nemət - süfrədə.
- Zəhmət yemək istəmir, amma özü yedirdir.
- Zəhmətdən qaçan əl açar.
- Zəhməti bülbül çəkər, gülü qucar yenə xar.
- Zəhməti meşşatə çəkər, ləzzəti damad aparar.
- Zəhməti sevən işdən doymaz.
- Zəhmətin barı, torpağın varıdır.
- Zəhmətin ətri tərdir.
- Zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir.
- Zəhmətsiz bal yeməzlər.
- Zəhmətsiz iş olmaz.
- Zəhmətsiz rəhmət olmaz.
- Zəlzələni görən yanğına razı olar.
- Zəmanə adamı deyil.
- Zəmanə adamı öyrədir.
- Zəmanə dəyişdikcə, adamlar da dəyişir.
- Zəmanə ilə hesablaşmaq gərəkdir.
- Zəmanəyə uymaq gərək.
- Zəncir aslan üçündür.
- Zər deyəni zor deməz.
- Zər ilə olan zor ilə olmaz.
- Zər qədrini zərgər bilər.
- Zər olan yerdə zərgər də olar.
- Zərbə həmişə ağrıyan yerə dəyər.
- Zərər oddan yamandır.
- Zərər zəhərdən acı olar.
- Zərərdən qorxan dükan açmaz.
- Zərərdən qorxan xeyir görməz.
- Zərərin bir başı var.
- Zərərin yarısından qayıtmaq da qazancdır.
- Zərgər dükanının tozu da qızıl olar.
- Zəri də var, zoru da.
- Zərlə gözəllik almaq olmaz.
- Zərrə qədər iman, dünya qədər günah.
- Zərrəcə eşqi olanın dəryaca tabı gərək.
- Zərurət insana hər şeyi öyrədər.
- Zimistan çəkməyən bülbül baharın qədrini bilməz.
- Zindan olub altda qalmaqdansa, çəkic ol, üstdə ol.
- Zindana səbr eləyən axırı taxta çıxar.
- Zirək quş dimdiyindən tələyə düşər.
- Zirəklik comərdlik gətirər.
- Ziyan ağudan acıdır.
- Ziyanın yarısından qayıtmaq da qazancdır.
- Ziyankardan qəza əskik olmaz.
- Zoğal dərənimiz də var, səbət hörənimiz də.
- Zor ilə gözəllik olmaz.
- Zor qapıdan gələndə haqq bacadan qaçar.
- Zora dağlar dayanmaz.
- Zorla gedən köpək qoyuna fayda verməz.
- Zurnaçı zorun üzünə verər.
- Zülm ilə abad olan bir gün gəlir bərbad olur.
- Zülmət daşıdır, götürən də peşmandır, qoyan da.
- Zülmlə yaşamaq cahil yeməyin yeməkdən yaxşıdır
- Zülmün axırı olmaz
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət