Slimfit
  1. AZƏRBAYCAN

Atalar sözləri - Y hərfi

Atalar sözləri - Y hərfi
Sakura

Azərbaycan atalar sözləri - Y hərfi

  • Ya bu dəvəni güdməli, ya da bu diyardan getməli.
  • Ya dağ ətəyində, ya bəy ətəyində.
  • Ya dəvə ölər, ya dəvəçi, ya da üstündəki hacı.
  • Ya qarnımda, ya könlümdə.
  • Ya lələ şələni basar, ya şələ - lələni.
  • Ya unçu ölər, ya dəyirmançı.
  • Ya zatdan, ya süddən.
  • Yabılarda qotur yabı mərd olar, yorulanda yiyəsinə dərd olar.
  • Yabıya tumar eləsən şıllaq atar.
  • Yad gəlib aşna olunca, aşna - yar əldən gedər.
  • Yad itin quyriuğu qısılı olar.
  • Yada arxa verən tək qalar.
  • Yaddan yoldaş olunca, qardaş əlindən gedər.
  • Yaxşı at köhnə çulun altda da bilinər.
  • Yaxşı at özünə qamçı vurdurmaz.
  • Yaxşı at yemin artırar, pis at qamçısın.
  • Yaxşı ata bir qamçı, yaman ata min qamşı.
  • Yaxşı bez arşınsız da satılar.
  • Yaxşı dost qardaşdan əzəldir.
  • Yaxşılığa yaxşılıq hər kişinin işidir,
  • Yağ yağ üstə gedər, yarma yavan qalar.
  • Yağ yeyən it tükündən məlum olar.
  • Yağıdan qalanı yağmur apardı.
  • Yağışdan çıxdıq, yağmura düşdük.
  • Yağlı əlin var sürt öz başına.
  • Yamanlığa yaxşılıq nər kişinin işidir.
  • Yalan ayaq tutar, ancaq yeriməz
  • Yalan elə bağırdı ki , sanki,doğrudur
  • Yalanla dünyanı dolanmaq olar, amma geri dönmək olmaz.
  • Yalançının evi yandı, heç kəs ona inanmadı.
  • Yalançının ipi ilə quyuya düşən quyuda qalar.
  • Yanan yerdən tüstü çıxar.
  • Yatan öküzün yemini duran öküz yeyər.
  • Yayda kölgə xoş, qışda çuval boş.
  • Yazda çalan qışda oynar.
  • Yeddi arxın suyunu bir arxa calayır.
  • Yeddi ayda bir qarış, bir ayda yeddi qarış.
  • Yeməyə kömək, işləməyə də kömək.
  • Yeməyənin payını yeyərlər.
  • Yeməyin qulu, işləməyin xəstəsi.
  • Yeməyini yalqız yeyən yükü özü qaldırar.
  • Yetim əlində qoğal əcaib.
  • Yoxsul oduna da yoxsul, suya da yoxsul?!
  • Yoxsul öz vilayətində qəribdir.
  • Yoxsulluq varlılıqdan yaxşıdır.
  • Yoxsulun evində dəmir tapılmaz, itinin adını gümüş qoyar.
  • Yola çıxan yolda qalmaz.
  • Yoldaşı yolda tanı
  • Yorğanına bax, ayağını uzat.
  • Yumru qaya, yumru daş, keçəl baş.
  • Yumurta gətirmir, qayğanaq istəyir.
  • Yumurta toyuğun cəriməsidir.
  • Yumurtada tük bitməz.
  • Yumurtadan yun qırxır.
  • Yumurtana görə qaqqılda.
  • Yumurtanı halqadan keçirdir.
  • Yumurtlamadı, falını da yedi?!
  • Yumurtası tərs düşüb.
  • Yumşaq döşək salan, axırda quru yerdə yatar.
  • Yun darayaram, kələf olar, qız doğaram xələf olar.
  • Yunu var, ünü yox.
  • Yurddan çıxsan da, eldən çıxma.
  • Yuvanı erkək quş tikər.
  • Yüyrək at özünə qamçı vurdurmaz.
  • Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR