Slimfit
  1. AZƏRBAYCAN

Atalar sözləri - Söz

Atalar sözləri - Söz
Sakura

Azərbaycan atalar sözləri - Söz

  • Abır istəsən çox demə, Sağlıq istəsən çox yemə.
  • Ağzının qaytanı yoxdur.
  • Adam var gözdən qızar, Adam var sözdən qızar.
  • Adam odur ilqarından dönməyə.
  • Adam yıxıldığı yerdən qalxar.
  • Adın nədir? - Rəşid! Birin de, birin eşit!
  • Adamın üzünə baxarlar, halını xəbər alarlar.
  • Ara sözü ev yıxar.
  • Başa dil gətirəni, el gətirə bilməz.
  • Bildiyindən danış, bilmədiyin səni güdaza verər.
  • Bir qəlbi ki, tikə bilmirsən, niyə yıxırsan?
  • Bir dəli quyuya bir daş atdı, on ağıllı gəldi, çıxara bilmədi.
  • Bir doğru ki, yalana oxşadı, onu deməzlər.
  • Bir misqal dilini qoyub, bir batman başı ilə danışır.
  • Bol çörəyin yoxdur, şirin dilin olsun barı.
  • Qorxu adama yalan dedirdər.
  • Damara bax, qan al.
  • Danışana macal vermir.
  • Danışıq, dananı qurda verər.
  • Danışığını yeyəsən.
  • Danışmaq gümüş, danışmamaq qızıldır.
  • Danışıram - pis olur, Danışmıram - his olur.
  • Dedim bir ağız ağla, demədim eli güldür bizə.
  • Dedim eşidəsən, demədim öyrənəsən!
  • Deyə-deyə dilimdə tük bitdi.
  • Deyən ağılsız olsa, dinləyən ağıllı gərək.
  • Dilim-dilim olasan, dilim!
  • Dilini saxlayan salamat olar.
  • Dil yalançı olunca, lal olsa yaxşıdır.
  • Dil ürəyin açarıdır.
  • Dil yanılar, doğrusunu deyər.
  • Dil yarası qılınc yarasından yamandır.
  • Dinəndə pis olur, dinməyəndə dərd kəsir.
  • Doğru danışanın papağı yirtıq olar.
  • Doğru elə bilər ki, hamı doğrudur.
  • Doğru yalanı qovar.
  • Doğruya zaval yoxdur, çəksələr min divana.
  • Doğruluqla dost qapısın dolan gəl öz evin kimi.
  • Doğru söz acı olar.
  • Doğru sözdən xəta gəlməz.
  • Doğru söz dəmiri dələr.
  • Düzlük xoşbəxtliyin açarıdır.
  • Düzlük uzanar, qırılmaz.
  • Düz sözə boynum qıldan nazikdir.
  • Əvvəl danış, sonra gül.
  • Əvvəl düşün, sonra danış.
  • İnsan ölər, söz qalar.
  • Yağmasan da gurulda.
  • Yalan ayaq tutar, yeriməz.
  • Yalan danışan hamını qanmaz bilər._______________
  • Yaman dil başa bəladır.
  • Yalan ilə dünyanı gəzmək olar, qayıtmaq olmaz.
  • Yaman yeyənin olsun, yaman deyənin olmasın.
  • Yalan ki var, doğrunun quludur.
  • Yalan söz üz qızardar.
  • Yalançını mənzilənədək qov!
  • Yalançının evinə od düşdü, heç kəs inanmadı.
  • Yalançının üzü qara olar.
  • Yalançının hafizəsi olmaz.
  • Yalançı tamahkarı aldadar.
  • Kələk ilə gələn, külək ilə gedər.
  • Kişinin sözü bir olar.
  • Nə dil bilsin, nə dodaq.
  • Sözü söz kəsər.
  • Söz bir olsa, dağ oynayar yerindən.
  • Söz var el içində, söz var ev içində.
  • Söz vaxtına çəkər.
  • Söz verər, bez verməz.
  • Söz qılıncdan kəsərlidir.
  • Söz danışıqdan keçər.
  • Sözdən söz götürür.
  • Sözdən söz çıxar.
  • Söz doğar.
  • Söz insanın vuran əlidir.
  • Söz ki var, dəmirdir, vurduqca uzanar.
  • Söz götürənin, yer oturanındır.
  • Sözlə plov olmaz, yağ ilə düyü gərək.
  • Sözü məqamında deyərlər.
  • Söz odur ki, haqqa vara.
  • Söz sözün dayağıdır.
  • Söz sözü çəkər, arşın bezi.
  • Sözü ağzında bişir, sonra çıxart.
  • Sözü asta, ürəyi tasvasda.
  • Sözü at, yiyəsi götürər.
  • Sözü yaxşı anla,
Sonra qızıb banla.
  • Sözün başı axırından bilinər.
  • Sözün damarı olar, çəkdikcə uzanar.
  • Sözün də qanadı var.
  • Sözün doğrusun de, min atını çap.
  • Sözün doğrusunu zarafatla deyərlər.
  • Sözün zahiri zərif, batini lətif olmalıdır.
  • Sözün ilə işin bir olsun.
  • Sözün yalanı olmaz, yanlışı olar.
  • Sözün yaxşısı baldan şirin olar.
  • Sözünü bilməyənə aşağı başda da yer yoxdur.
  • Sözü sözdən alarlar.
  • Söz həyatın bəzəyidir.
  • Söz çeynəyən çox, söz deyən az.
  • Söyləyəndən dinləyən arif gərək.
  • Söyləyən olma, dinləyən ol.
  • Söhbət ki var, bulaqdır, kəsilməsə axacaq.
  • Hərzəkar ağız başa yumruq vurdurar.
  • Çox bilirsən, az danış.
  • Çox bilib az danışmaq igidin ləngəridir.
  • Çox bilən quş, dimdiyindən cələyə düşər.
  • Şirin dil ilanı yuvadan çıxardar.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR