Slimfit
  1. AZƏRBAYCAN

Atalar sözləri - S hərfi

Atalar sözləri - S hərfi
Sakura

Azərbaycan atalar sözləri - S hərfi

  • Sabaha kim ölə, kim qala.
  • Sabahın da sabahı var.
  • Sabahın naharı bədənin mismarıdır.
  • Sabun qara paltarı ağartmaz.
  • Saçı ölünün üstə kəsərlər.
  • Sadağa qada qaytarar.
  • Sadağa verən əllər dərd görməz.
  • Sahibindən qabaq bostana girmə.
  • Sahibsiz qoyunu qurd yeyər.
  • Saxla gönü, gələr günü.
  • Saxla samanı, gələr zamanı.
  • Saxsıya verə-verə çıxdı misin bahası.
  • Sakitlikdə olan iş qışqırıqla başa gəlməz.
  • Saqqal feyz olsaydı, keçi şeyxlik elərdi.
  • Saqqalım yoxdu, sözüm ötmür.
  • Sağ armud sapdan düşməz.
  • Sağ əl verəni sol əl gərək bilməsin.
  • Sağ əlin sol ələ xeyri yoxdu.
  • Sağ gözü sol gözə möhtac olmasın.
  • Sağ gözü tut, sol gözdən ona işıq yoxdu.
  • Sağalsa həkiməm, sağalmasa mən kiməm?.
  • Sağlığında kor Fatma, öləndə badam gözlü?!
  • Sağlığında nə idi ki, sayrılığında nola?!.
  • Sağmal inək bizdə, satdıq yağ sizdə.
  • Sağsağan kəkliyə baxar, öz yerişin itirər.
  • Salam Allahın adıdır.
  • Salavat gücə bağlıdır.
  • Sallaqxana köpəyi arsız olar.
  • Saman sənin deyil, samanlıq ki sənindir.
  • Samanın tüstüsü göz çıxardar.
  • Sambalı xoş, içərisi boş.
  • Sanılı pul durumsuz olar.
  • Sap üzülən yerdən qırılar.
  • Sarı yağnan yağlayar, sarımsağnan dağlayar.
  • Sarımsağı gəlin eləmişlər, qırx gün qoxusu çıxmamış.
  • Sarsaqlar olmasaydı, yaltaqlar acından ölərdi.
  • Satdığın kimi al.
  • Savab tökülüb, yığanı yoxdur.
  • Savaşanda barışmağa da üz yeri qoyarlar.
  • Sayanın quluyam, saymayanın ağası.
  • Saydığını qoy kənara, gör fələk nə sayır.
  • Sayğısız igidi düşmən aldadar.
  • Saymaz it adam tutar.
  • Sel gətirən ucuz olar.
  • Selbəni meyvəli ağaca atarlar.
  • Sevənin gözü kor olar.
  • Sevgi adamı selə verər.
  • Sevgi od deyil, amma oddan yamandır.
  • Sevindim - quşum var, quşum var! Aralığa çıxdı sərçə balası.
  • Seyid cəddinə arxayın olar.
  • Səbr acıdır, meyvəsi şirin.
  • Səbr ağacı hər bağda göyərməz.
  • Səbr Allahdan, səbirsizlik şeytandan.
  • Səbr cənnət açarıdır.
  • Səbr eləyən muradına yetişər.
  • Səbr eləyənin ağzı bal dadar.
  • Səbr ilə halva bişər, ey qora, səndən. Bəsləsən atlas olar tut yarpağından.
  • Səhər gününə qızınmayan, axşam gününə qızınmaz
  • Sən ağa, mən ağa, inəkləri kim sağa.
  • Sən ağacı əlinə al, oğrunu it qapacaq.
  • Sən baş vurdun, mən ayaq, gəl bunu ortalayaq.
  • Sən doğru ol, əyri bəlasın tapar.
  • Sən gördüyün ağaclar kürəkliyə kəsildi.
  • Sən gündüz gedən yolları mən gecə ilə gəlmişəm.
  • Sən haqnan ol, haqq da sənlə olar.
  • Səndən hərəkət, məndən bərəkət.
  • Sənət insan üçün xəzinədir.
  • Sənətə gəc baxan ac qalar.
  • Sənətinə kim xor baxar, boynuna torba taxar.
  • Sərçədən qorxan gərək darı əkməsin.
  • Sərv ağacı nə qədər uca olsa, əsli yoxdu, budağında bar olmaz.
  • Siçan görəndə pələngə oxşayan pişik, pələng görəndə siçana dönər.
  • Siçan olmamış dağarcığı dəlir.
  • Siçana dedilər: - Bu deşikdən çıx, gir o deşiyə, beş min altun verək sənə! Siçan dedi; - Bunda nə var, mənzili yaxın, pulu çox?!.
  • Sonalayan ya kora, ya keçələ
  • Sonrakı peşmançılıq fayda verməz.
  • Sonsuz adam dövləti çox istər.
  • Söz danışıqdan keçər.
  • Söz haqdan gəlir.
  • Söz sözü çəkər.
  • Söz vaxtına çəkər.
  • Söz var - gələr keçər, söz var - dələr keçər.
  • Sözü at yerə, gedər yerin tapar.
  • Sözü yerində söylə.
  • Sözün düzünü zarafatla deyərlər.
  • Sözün ilə işin bir olsun.
  • Sözün yanlışı olar, yalanı olmaz.
  • Söyüd ağacı bar verməz.
  • Su axar, çuxurun tapar.
  • Su axdığı yerdən bir də axar.
  • Su başdan aşanda ya bir qarış, ya yüz qarış.
  • Su başdan bulanıqdır.
  • Su bulandırmaqla balıq tutulmaz.
  • Su bulanmayınca durulmaz.
  • Su çıxmaz arxa cuvar qoydular, adımı da qoydular yarıtmaz.
  • Su da bir yerdə qalanda iylənər.
  • Su gəldiyi arxa bir də gələr.
  • Su girdi qaba - oldu içməli.
  • Su ilə odun nə oyunu var?!
  • Su kiçiyindir, yol böyüyün.
  • Su meymunun boğazına çıxanda balasını ayağı altına alar.
  • Su murdarlıq götürməz.
  • Su özünə yol elər.
  • Su sənəyi suda sınar.
  • Su yatar, düşmən yatmaz.
  • Suda boğulan ilana sarılar.
  • Sudan ayrılan balığın oddan nə qorxusu?
  • Susmaq da bir cavabdır.
  • Susuz it kəhrizə baxar.
  • Süd ilə girən sümüklə çıxar.
  • Süddən ağzı yanan qatığı üfləyə-üfləyə içər.
  • Südlü qoyun sürüsündən çıxmaz.
  • Südün qədrini qısır əməm dana bilər.
  • Sürü axsaqsız olmaz.
  • Sürüdən ayrılan qoyunu qurd yeyər.
  • Sürüyə qurd gələndə vay bir keçisi olanın halına.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR