Slimfit
  1. AZƏRBAYCAN

Atalar sözləri - R hərfi

Atalar sözləri - R hərfi
Sakura

Azərbaycan atalar sözləri - R hərfi

  • Rahat durmayan narahat olar.
  • Rahat oturana nə vali gələr, nə hakim.
  • Rahatlıq istəyən adam - kor, kar, lal gərək.
  • Ramazanda yalan deyən bayramda üzü qara çıxar.
  • Rast gəlməyən işə peşiman olma.
  • Rəhbərə yol göstərmə.
  • Rəhmət yazana, lənət pozana.
  • Rəncbərin ümidi əkinədir.
  • Rəngimə bax, əhvalımı xəbər al.
  • Rişxənd etmə qonşuna, gələr bir gün başına.
  • Ruzi gələn vaxtı köpəyi yuxu tutar.
  • Ruzi qismətnən gələr.
  • Ruzi (yemək) olsun, ocaqda olsun.
  • Rüsvayçılıq ömürdən uzun olur.
  • Rüşvət cəhənnəmin açarıdır.
  • Rüşvət haramdır.
  • Rüşvət qapıdan girərsə, iman bacadan çıxar.
  • Rüşvətin aqibəti yoxdur.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR