Slimfit
  1. AZƏRBAYCAN

Atalar sözləri - Q hərfi

Atalar sözləri - Q hərfi
Sakura

Azərbaycan atalar sözləri - Q hərfi

  • Qabağa keçirsən, deyirlər bicdir, dala qalırsan, deyirlər gicdir.
  • Qabağım qovurğa qovurur, dalım saman sovurur.
  • Qabağına baxmayanın ayağına daş dəyər.
  • Qabil şagird ustad olar ustada.
  • Qaçağı el saxlar.
  • Qaçan da Allahı çağırır, qovan da.
  • Qaçanı qovmazlar, yıxılanı vurmazlar.
  • Qaçırılan fürsət bir də düşməz ələ.
  • Qaçmaq da hünərdəndir.
  • Qaçmaq da hünərdir, qovmaq da.
  • Qafil başın ağrısını beyin bilər.
  • Qafil quşun ovçusu çox olar.
  • Qala içəridən alınar.
  • Qalan işə qar yağar.
  • Qamış bizim eldə bitər, sümsüyünü ləzgi çalar.
  • Qan eylə qanun ilə.
  • Qan yol verməz.
  • Qanı qan ilə yumayıblar.
  • Qanı su ilə yuyarlar.
  • Qaz vur, qazan doldur.
  • Qazan qarası gedər, üz (namus) qarası getməz.
  • Qazan qazana deyər: üzün qara olsun!
  • Qazan olmayan yerdə güvəc də qazandır.
  • Qazan üstüörtülü qaynar.
  • Qazana nə qoysan çömçəyə o gələr.
  • Qazanan qazaandığını yesə xan, bəy acından ölər.
  • Qazanc qudurdu, mayanı basdı.
  • Qazanclı yük yüngül olar.
  • Qazandığın darı olsun, çuvalın səbət?!
  • Qazanmayınca qazan qaynamaz.
  • Qeyrəti olan torpağı qızıla döndərər.
  • Qərib it hürəndə özünə hürər.
  • Qərib it yeddi məhəllədən qovular.
  • Qərib iti yad məhəllədən qovarlar.
  • Qərib quşun yuvası olmaz.
  • Qəribi baxışından tanıyarlar.
  • Qəribin boynu bükük olar.
  • Qəribin dostu olmaz.
  • Qəribin kimsəsi yox, Allahı vardır.
  • Qəriblikdə ölənin börkü nişanə gedər.
  • Qəzadan qaçmaq olmaz.
  • Qiymətli yük yüngül olar.
  • Qıfıl oğru üçün deyil.
  • Qışın qarı, yayın varı.
  • Qız ağacı , qoz ağacı hər keçən bir daş atar.
  • Qız alan göz ilə baxmasın, qulağı ilə eşitsin.
  • Qız anadan öyüd alar.
  • Qız evi, naz evi.
  • Qız evində toydur, oğlan evinin xəbəri yox.
  • Qız evindən oğul bucağı yaxşıdır.
  • Qız ilə qızıl gizlin gərək.
  • Qız kəsilməmiş qarpıza bənzər.
  • Qız qızıl alma, qızı gözdən salma.
  • Qız qundaqda,cehizi sandıqda.
  • Qız yükü - duz yükü.
  • Qızılquş əldə gəzər, gözəl qız - dildə.
  • Qoca at da arpa yeyər.
  • Qoca ayrı, qocaman ayrı.
  • Qoca qurd yuvasından əl çəkməz.
  • Qoca öküzü oldürmək olar, öyrətmək olmaz!
  • Qoca tülkü hiyləbaz olar.
  • Qoca tülkü tora düşməz.
  • Qocalıq gəldi getməzdir, cavanlıq getdi gəlməzdir.
  • Qocalıq soruşmaz - gələr.
  • Qocalıqda yorğalıq.
  • Qocanın biliyi, cavanın biləyi.
  • Qocaya gedən quyruq yeyər, cavana gedən yumruq yeyər.
  • Qocaya gülən özünə gülər.
  • Qoç döyüşünə qoç dayanar.
  • Qoç igid qurddan çəkinməz.
  • Qoç igiddən qoç törər.
  • Qoçdan qoç törər.
  • Qoçun buynuzu qoça ağırlıq eləməz.
  • Qoduq böyüyər, çulu böyüməz.
  • Qoduq böyüyər eşşək olar.
  • Qoltuğuna qarpız yerləşmir.
  • Qonaq bərəkət gətirər.
  • Qonaq bir gün olar.
  • Qonşuda bişər, bizə də düşər.
  • Qonşuda qız sevənin ürəyində yağ olmaz.
  • Qonşunun quzusu qonşuya qoç gorünər.
  • Qonşunun şamından işıq düşməz.
  • Qonşuya ümid olan şamsız qalar.
  • Qorx payızdan - qabağınca qış gəlir, Qorxma qışdan - qabağınca yaz gəlir.
  • Qorx Tanrıdan qorxmayandan.
  • Qorxaq gündə yüz yol ölər, igid ömürdə bir yol.
  • Qorxaq qaçar hay gəlməmiş, cırmanar keçməyə çay gəlməmiş.
  • Qorxaq nə zərər eylər, nə mənfəət.
  • Qorxaq öz kölgəsindən də qorxar.
  • Qorxan bəzirgan olmaz.
  • Qorxan gözə çöp düşər.
  • Qorxan öküz cütə getməz.
  • Qorxu adama yalan söylədər.
  • Qorxu başa bəladır.
  • Qorxursansa pişikdən, niyə çıxırsan deşikdən.
  • Qorunan baş salamat olar.
  • Qoyma başın balışa, Ver özünü yarışa.
  • Qoyun olasan, ot yeməyəsən.
  • Qozbeli qəbir düzəldər.
  • Quda qudurar, qıznı aparar.
  • Qurdun adı, yesə də, qurddur, yeməsə də.
  • Qurdun səbəbinə quş da yeyər.
  • Qurumuş ağacın kölgəsi olmaz.
  • Quşdan qorxan darı əkməz.
  • Quyuya su tökməklə quyu dolmaz.
  • Quzusuna qıymayan kabab yeyə bilməz.
  • Qürbətdə ölənin papağı nişanə gedər.
  • Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR