Slimfit
  1. AZƏRBAYCAN

Atalar sözləri - Ö hərfi

Atalar sözləri - Ö hərfi
Sakura

Azərbaycan atalar sözləri - Ö hərfi

  • Öküz altında buzov axtarır.
  • Öküz öldü, ortaq ayrıldı.
  • Öküzü buynuzundan, adamı sözündən tutarlar.
  • Ölən canını qurtarır, vay qalanın halına.
  • Ölər, Koroğlu getməz bu yurddan.
  • Ölmək ölməkdir, xırıldamaq nə deməkdir.
  • Ölməz, itməz Xədicə, görər nəvə-nəticə.
  • Ölüdən pay umur.
  • Ölüm qaş ilə göz arasındadır.
  • Ölümdən başqa hər şeyə çarə var.
  • Ölümə çarə yoxdur.
  • Ölülər elə bilir, dirilər halva yeyir.
  • Ölünün dalınca danışmazlar.
  • Ölünün vəsiyyəti özü ilə gedər.
  • Ölürsə yer bəyənsin, qalırsa el bəyənsin.
  • Ölüsü olan bir gün ağlar, dəlisi olan hər gün.
  • Örtülü bazar dostluğu pozar.
  • Övlad ata-ananın ürəyidir.
  • Övlad bir turş almaya bənzər, yeyənin dişi qamaşar, yeməyənin könlü istər.
  • Övlad can yanğısıdır.
  • Övlad insanın məbədidir.
  • Övlad kivar, badamdır, nəvə məğzbadamdır.
  • Övlad könül meyvəsidir.
  • Övlad pəncərədən düşən işıqdır.
  • Övlad sərmayədir.
  • Övlad tapılar, ata-ana tapılmaz.
  • Övlad ya ataya oxşar, ya anaya.
  • Övladda atadan nişanə olmalıdır.
  • Övladda nəvə, dövlətdə dəvə.
  • Öz adını özgələrə qoyma.
  • Öz ağam, öz qulum.
  • Öz ağlını özgə ağlına vermə.
  • Öz anasını sevən, özgə anasını söyməz.
  • Öz anasını sevməyən, özgə anasını sevməz.
  • Öz arşını ilə ölçür.
  • Öz atının noxtasından yapış.
  • Öz bəxtindən küs.
  • Öz çörəyini özgə süfrəsində yemə.
  • Öz daş - tərəzisi ilə çəkir.
  • Öz evimin nökəriyəm, özgə evinin-ağası.
  • Öz evində öz başını bağlaya bilmir, özgə evində gəlin başı bağlayır.
  • Öz əlim, öz başım.
  • Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır.
  • Öz ipini özü eşir.
  • Öz qədrini bilməyənin qədrini özgəsi də bilməz.
  • Öz quru çörəyim özgənin plovundan yaxşıdır.
  • Öz səsi özünə xoş gəlir.
  • Öz yağı öz başına.
  • Özgə atına minən tez düşər.
  • Özgə buzovunu güdənin çatısı əlində qalar.
  • Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar.
  • Özgənin sözünü özgəyə deməyə nə var?
  • Özgəyə it hürər, bizə Mazandaran çaqqalı.
  • Özgəyə quyu qazan özü düşər.
  • Özgəsinə göz qoyan özünkünü itirər.
  • Özü ölçür, özü biçir.
  • Özü yıxılan ağlamaz.
  • Özüm qoturam, keçim ki qotur deyil.
  • Özüm özümə elədim, külü gözümə elədim.
  • Özümə yer eylərəm, gör sənə nə eylərəm.
  • Özündən güclü ilə vuruşma.
  • Özündən yuxarı baxanda, özündən aşağı da bax.
  • Özünə qıymadığını, özgəyə də qıyma.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR