Slimfit
  1. AZƏRBAYCAN

Atalar sözləri - O hərfi

Atalar sözləri - O hərfi
Sakura

Azərbaycan atalar sözləri - O hərfi

  • O baş qorxsun ki, dost yolunda dayanmaz.
  • O dağa yağar, bu dağa yağar, axırda da bura yağar.
  • O gəlsə daşla, sən get aşla.
  • O hacı, bu hacı, kim olacaq boyaqçı?!
  • O haqverməzdi, bu haqbatırmaz.
  • O qardan bizim də qapıya yağar.
  • O qədər dövlətli deyiləm ki, ucuz şey alam.
  • O qədər küp yanında küpəçələr sınıb ki?!
  • O şahlıq dəvəsidir ki, yüklənməz.
  • O verdiyin and, bu da buyurduğun qulluq.
  • Oba bizə, biz obaya hayanıq.
  • Oba durdu köçməyə, qarı durdu gəzməyə.
  • Oba köçüb, yurd ağlayır.
  • Oba köçüb, yurdu qalıb.
  • Oba yiyəsiz qalanda donuz təpəyə çıxar.
  • Oba yox, qara yox, səndən başqa çara yox.
  • Obalar bizə, biz obalara.
  • Ocaq içindən tutuşar.
  • Ocaq közsüz qalmaz, gəlin sözsüz.
  • Ocaqdan kül əskik olmaz.
  • Ocağın altdan köz, adamın altdan söz.
  • Od düşdüyü yeri yandırar.
  • Od hər yana düşsə, özünə yer açar.
  • Od olmasa tüstü çıxmaz.
  • Oddan kül törər, küldən nə törər?
  • Oddan , sudan yenə qar amannıdı.
  • Odla pambığın nə aşnalığı?!
  • Odu söndürüb külü ilə oynamazlar.
  • Oduna gedər Daşdəmir, suya gedər Daşdəmir, üzüvü yusun mürdəşir.
  • Oxuduğunu demə, anladığını de.
  • Oxunu atıb, yayını gizlətmə.
  • Oğlan doğdum - oydu məni, qız doğdum - soydu məni.
  • Oğlan evlənər, bəy oldum sanar.
  • Oğlanı kamal ilə, qızı camal ilə.
  • Oğlum oğul olsun, kol dibi evim.
  • Oğru anası gah döş yeyər, gah döşünə vurar.
  • Oğru elə bağırdı, doğrunun bağrı yarıldı.
  • Oğru elə bilər, hamı oğrudur.
  • Oğru ev olmaz, ev yiyəsini evlilikdən salar.
  • Oğru əyri kolda gizlənər.
  • Oğru it xoflu olar.
  • Oğru it özünü bildirər.
  • Oğru qalana yanar, mal sahibi gedənə.
  • Oğru ol, xoşu ol, dilin olsun.
  • Oğrudan qalanı rəmmal aparar.
  • Oğrudan oğruya halaldır.
  • Oğrunu oğru əliylə tutarlar.
  • Oğruya and verdilər, evinə muştuluqçu getdi.
  • Oğul atadan görər, süfrə açar.
  • Oğul atanın kövşənin əkər.
  • Oğul düşmən qapısına aparar.
  • Oğul yönlü olsa neynir ata malını, yönsüz olsa neynir ata malını?!
  • Oğulun əfəli qohum yerdən qız alar.
  • Oğurluq ilə çəngilik qırx gün çəkər.
  • Oğurluğa dayın evinə get, tutulanda döyülmə.
  • Oğurluğa getsən, insafı əldən qoyma.
  • Oğurluğun əvvəli, o da ay işığında.
  • Olan yerdən umarlar.
  • Olacağa çarə yoxdur.
  • Oldu ilə öldüyə çarə yoxdur.
  • Ortaqlı malı xalq yeyər.
  • Ortaqlı toyuqdan yalnız yumurta yaxşıdır.
  • Ortalıq qazanı qaynamaz.
  • Otuz iki dişdən çıxan, otuz iki məhləyə yayılar.
  • Oruc tutmayanın oğluna Ramazan adını qoyarlar.
  • Ot öz kökü üstə bitər.
  • Ot yolun gah altında bitər, gah üstündə.
  • Ovçu ovda, yolçu yolda gərək.
  • Ovu bərəsində vurarlar.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR