Slimfit
  1. AZƏRBAYCAN

Atalar sözləri - N hərfi

Atalar sözləri - N hərfi
Sakura

Azərbaycan atalar sözləri - N hərfi

  • Nabələdə gün də buluddur.
  • Nacins ağac düyünlü olar.
  • Nacins qarpızın toxumu çox olar.
  • Nadan əlindən su içmə,ab-həyat olsa da.
  • Nadanı kötək düzəldər, qozbeli qəbir.
  • Nadanın düşməni özüdür.
  • Nadiri taxtda görüb, Şah Abbası qundaqda.
  • Nahaq qan yerdə qalmaz.
  • Naxır yerli-dibli yoxdur, bu, ala dana axtarır.
  • Naxırçı qızı naxırçı çörəyi arzular.
  • Naxırçı qızından xanım olmaz.
  • Naxırçı qızını verdi, torpa dağarcığı da üstəlik.
  • Naxırçının könlü naxır çörəyi istər.
  • Nakəsə borclu olma.
  • Naqqa balıq tasa yerləşməz.
  • Naqqalar olmasaydı, dünya laləzara dönərdi.
  • Nağd alverdən ətir iyi gələr.
  • Nağdı əldən vermə. (Nağdı qoyub nisyənin dalınca düşmə).
  • Nağıl dili yüyrək olar.
  • Nalını almamış mıxını çalma.
  • Namaz qıla-qıla yıxdın evimi, indi başlamısan həccə getməyə.
  • Namaza meyli olanın qulağı azanda olar.
  • Namazdan əvvəl boğazdır.
  • Namazı əkib, orucluğa gedir.
  • Namə vüsalın yarısıdır.
  • Namə yazmaq asandır, yetirmək çətin.
  • Namərd körpüsündən rahat keçincə, qoy aparsın o sellər məni.
  • Namərd gəlib mərd olmaz, yüz ətəklə, yüz yalvar.
  • Namərdə yaxa vermə, mərdə arxa ol.
  • Namərdə möhtac olma.
  • Namərdin çörəyi dizinin üstə olar.
  • Namərdin gözü dar olar.
  • Namərdin sözünü söz eləmək olmaz.
  • Nə ağacı tovla, nə iti hürdür.
  • Nə biçinin biçirəm, nə ayranın içirəm.
  • Nə daş atdın ki, qolun da ağrısın.
  • Nə dəvənin südün istə, nə ərəbin üzün gör.
  • Nə diriyə hay verər, nə ölüyə pay.
  • Nə əkərsən, onu biçərsən.
  • Nə gələndən üz çevir, nə gedəni qovan ol.
  • Nə qanır, nə də qandırır.
  • Nə qorx, nə də qorxunu ürəyindən çıxart.
  • Nə qoyuna gedər, nə qapıda hürər.
  • Nə sal ilədir, nə mai ilədir, gülüm, ululuq kamal ilədir.
  • Nə şeytan görüm, nə qulfallah oxuyum.
  • Nə şiş yansın, nə kabab.
  • Nə titrərsən, əllərim, verməyincə ala bilməzsən.
  • Nə tökərsən aşına, o da cıxar qaşığına.
  • Nə ucudu, nə ortası, qırılıb qarın qartası.
  • Nə umursan bacından, bacın ölür acından.
  • Nə varlıya borclu ol, nə yoxsuldan alacaqlı.
  • Nə versən adındı, nə yesən dadındı, qalanı yadındı.
  • Nə yada sirrini ver, nə namərdə bel bağla.
  • Nə yaraşır arığa, gedə girə qoruğa?
  • Nə yardan doyur, nə əldən qoyur.
  • Nə yaş olub sıxılmalı, nə quru olub qırılmalı.
  • Nə yatdı ki, nə yuxu görsün?!
  • Nə yatdıq, nə uzandıq, hazır oğlan qazandıq.
  • Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım.
  • Nə zalım ol asıl, nə miskin ol basıl.
  • Nisyə - girməz kisəyə.
  • Niyyətin hara - mənzilin ora.
  • Nökər nədi, bekar nədi.
  • Nökərsən, niyə bekarsan? Aç qapını, ört qapını.
  • Nuh deyər, peyğəmbər deməz.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR