Dərc edildi: Baxış sayı: 6929
Azərbaycan atalar sözləri - İ hərfi
- İçdim üzüm suyunu, tökdüm üzüm suyunu.
- İçərim özümü yandırır, çölüm özgəni.
- İgid arxasında igid gizlənər.
- İgid ağzını açmaz, əlini açar.
- İgid basdığın kəsməz.
- İgid qovqasız olmaz.
- İgid igidə xor baxmaz.
- İgid ilqarından, dəvə ovsarından.
- İgid ləqəbilə tanınar.
- İgid min yaşar, fürsət bir düşər.
- İgid oğul cavan eylər atanı.
- İgid oğul dayısına çəkər.
- İgid oğul düşmənə əyilməz.
- İgid odur atdan düşə atlana, İgid odur hər yaraya qatlana.
- İgid ölər, adı qalar.
- İgid ölər adı qalar, müxənnətin nəyi qalar?!
- İgid yarasına igid qatlanar.
- İgid yarasız ölməz.
- İgidin adı çıxınca canı çıxar.
- İgidin başı qalda gərək.
- İgidin əli işdə gərək.
- İgidin igiddən nəyi artıqdır? - Ehtiyatı.
- İgidin süfrəsi açıq olar.
- İgidin ürəyi haça olar.
- İgidin yaraşığı sınağdır.
- İgidlik biləklə deyil, ürəklədir.
- İgidlik döyüşdə məlum olar.
- İgidlik ondur: biri zordur, doqquzu fənd.
- İki arvadlı ev zibilli olar.
- İki arvadlı gecə şamsız qalar.
- İki arvadlı kişinin ağzının dadı olmaz.
- İki bülbül bir budaqda oxumaz.
- İki daşı çaxaram, tamaşaya baxaram.
- İki dəvə əlləşəndə otluq xarab olar.
- İki düşün, bir danış.
- İki eşşək bir axurdan arpa yeməz.
- İki evin urvasından bir fətir olar.
- İki güləşənin biri basılar.
- İki it bir aslana dov gələr.
- İki itin arasına para sümük atmazlar.
- İki kəsək bir daşa əvəz olmaz.
- İki kişi danışanda, üçüncüsü sən olma.
- İki qardaş savaşıb, axmaq buna inanıb.
- İki qapıda gəzən köpək ac qalar.
- İki qibləyə namaz olmaz.
- İki qılınc bir qına sığmaz.
- İki qoçun başı bir qazanda qaynamaz.
- İki verməzsən, bir ala bilməzsən.
- İki yana baxan çaş qalar.
- İki yumruq bir başa yükdür.
- İl ötər, ay dolanar, şənbə düşər novruza.
- İlan balasını da çalar.
- İlana ağu verən kərtənkələdi.
- İlana balası qənim olar.
- İlanı özgə əliylə tutmaq gərək.
- İlanı Seyid Əhməd əliylə tutur.
- İlanı sən tut, mən gözünə darı salım.
- İlanı yaralı buraxmazlar.
- İlanı yuvasında öldür.
- İlanın ağına da lənət, qarasına da.
- İlanın başı ağrıyanda yolun ortasında yatar.
- İlin axır çərşənbəsi kimiyə düşər, kimiyə yox.
- İmandan qonşu payı olmaz.
- İmtahan yerdədi, göydə deyil.
- İncələn yerdən üzülər.
- İnək buzovun ayağını basmaz.
- İnək göz eləməsə, kələ sıçramaz.
- İnək sağa bilməyənə həyət əyridir.
- İnək südünə görə mələr.
- İnsaf dinin yarısıdır.
- İsinmədik istisinə, kor olduq tüstüsünə.
- İslanmışın yağışdan nə qorxusu?!
- İsmarıcnan Həcc qəbul olunmaz.
- İstədi qaş düzəldə, vurdu gözün çıxardı.
- İstədiyim yar idi, yetirdi pərvərdigar.
- İstədiyin söyləyən, istəmədiyin eşidər.
- İstək gözdə olar.
- İstəmək bir ayıb, verməmək iki ayıb.
- İstərəm dosta varam, əlim boş, üzüm qara.
- İstəyənin bir üzü qara, verməyənin iki üzü.
- İstəyirsən bal-çörək, al əlinə bel-kürək.
- İsti aşa soyuq su qatmazlar.
- İsti çörək təndirdən, minnəti yox pendirdən.
- İsti sevən tüstüsünə dözər.
- İsti-soyuq bilmir.
- İş əldən, söz dildən, oğul beldən gəlməsə nə faydası?!
- İş gedər sahibin tapar.
- İş insanı safa çıxardar.
- İş insanın cövhəridir.
- İş ustasından qorxar.
- İşdən artmaz, dişdən artar.
- İşi başlayan yarıda qoymaz.
- İşlək at arpasını artırar.
- İşlək dəmir pas tutmaz.
- İşləmək dərdindən yeməyə həsrət canım.
- İşlənməyən dəmiri pas tutar.
- İşləməyən dişləməz.
- İşləyən inci taxar, işləməyən yandan baxar.
- İt acından oğurluq elər.
- İt ağırlığını qurda bildirməz.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət