Slimfit
  1. AZƏRBAYCAN

Atalar sözləri - F hərfi

Atalar sözləri - F hərfi
Sakura

Azərbaycan atalar sözləri - F hərfi

  • Fağırın düşkünü, al geyinər qış günü.
  • Fala inanma, falsız da qalma.
  • Falçı falçıya fənd vurmaz.
  • Fələk bağlar, fələk açar.
  • Fələk güclü, mən gücsüz.
  • Fələk yıxmayanı kələk yıxar.
  • Fələyin bir çuval qızılı var, hər gün birinin çiynindədir.
  • Fələyin gözü kordur.
  • Fələyin qaydasıdır, dağı çəkər dağ üstdən.
  • Fənd fəndi kəsər, Allah hər ikisin.
  • Fərhad ölüb, külüngünün səsi gəlmir.
  • Fərsiz qoyunu qurd yeyər.
  • Fərsiz oğul atasının gözünü çıxartdı ki, adına Koroğlu desinlər, amma kor kişinin oğlu dedilər.
  • Fikirdən iti gedən şey yoxdur.
  • Filin bir fikri var, filbanın min.
  • Fitə uyanın evi yıxılar.
  • Fit-fitnən gələn köpəyin qoyuna faydası olmaz.
  • Füqaranın gözü tox olar.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR