Slimfit
  1. AZƏRBAYCAN

Atalar sözləri - Ehtiyat və sayıqlıq

Atalar sözləri - Ehtiyat və sayıqlıq
Sakura

Azərbaycan atalar sözləri - Ehtiyat və sayıqlıq

  • Bu gün yoxdursa da kimsədə vəfa Vəsiyyət edirəm olma bivəfa.
  • Arifə bir işarə, qanmaza min toppuz.
  • At oğurlanandan sonra axur nəyə gərək.
  • Bir ağızdan çıxan min ağıza yayılar.
  • Bir daş altda, bir daş üstdə.
  • Qarğa, qarğa, məndə qoz var.
  • Qaçırılan fürsət ələ düşməz.
  • Qoyun olasan, ot yeməyəsən.
  • Qurdun qonağlığına get, köpəyi də yanınca apar.
  • Daldan atılan daş topuğa dəyər.
  • Düşmən zəif olsa da, ehtiyatı əldən vermə.
  • Eşşək işləyər, at yeyər.
  • Ev bizim, sirr bizim.
  • Ehtiyat igidin yaraşığıdır.
  • Ehtiyatlı oğulun anası ağlamaz.
  • Eşitdiyinə inanma, gördüyünə inan.
  • İgidin igiddən nəyi artıqdır? - Ehtiyatı.
  • Yatan itləri oyatma.
  • Yerin də qulağı var.
  • Yoldan çıxanı yol vurar.
  • Yüz ölç, bir biç.
  • Nə göz görsün, nə ürək bulansın.
  • Nə eşitsin, nə də qanı qaralsın.
  • Nə yada sirrini ver, nə namərdə bel bağla.
  • Nə görsün, nə də hürsün.
  • On dəfə eşitməkdən, bir dəfə görmək məsləhətdir.
  • Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə deyər.
  • Pusquda oturan yatmaz.
  • Sirr açandan el qaçar.
  • Sirrini demə dostuna, dostunun da bir dostu var.
  • Sonrakı peşmançılıq fayda verməz.
  • Soruşan dağları aşar,
Soruşmayan düzdə çaşar.
  • Şərti şumda kəs, xırmanda şana-kürək sınmasın.
  • İki adam öldü və dünyadan həsrət getdi
biri yığdı yemədi, digəri bildi eləmədi.
  • Əlindən bir iş gəlməyən on danışar.
  • Qadına əsas şey həya, ismətdir
Bunlar qadın üçün böyük sərvətdir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR