Dərc edildi: Baxış sayı: 2654
Azərbaycan atalar sözləri - Ç hərfi
- Çağrılan yerə ərinmə, çağrılmayan yerdə oyunme
- Çağrılmamış qonaq süpürülməmiş yerdə oturar.
- Çağırram – eldən ayıb, çağırmanam – it itdi.
- Çax-çax edən nalçadır, iş bitirən axçadır.
- Çaqqal güləndə toyuq qaqqıldar.
- Çaqqal var gödən çıxarır, qurdun adı bədnamdır.
- Çaqqalın yuxusuna toyuq gələr.
- Çala-çala çalağan olar.
- Çalağan göydə dolanır, cücənin ürəyi bulanır.
- Çalış ki, dostun olsun, düşman ocaq başında.
- Çalışqan əl nəyə dəysə qızıl olar.
- Çamura daş atma, üzünə sıçrar.
- Çanaxda balın olsun, Yəməndən arı gələr.
- Çapqınçı ol, insafı əldən vermə.
- Çarəsiz dərdə Loğman da acizdir.
- Çarığını əsirgəməyən patavasın da qoyar üstünə.
- Çarvadara yol göstərməzlər.
- Çay min olar, çeşmə bir.
- Çaya çatmamış çarığını çıxarma.
- Çayın daşı, çölün quşu.
- Çəkmə namərd minnətin, get qürbətdə dolan gəz.
- Çəkişməsən bərkiməzsən.
- Çıxan can geri dönməz.
- Çıxmayan cana umud çoxdur.
- Çirkin üzün gizlədər, göyçək budaqlar gəzər.
- Çirkinim, gözlə, gedim gözəl axtarım,
- Tapmadım gözəlimsən ki, gözəlim.
- Çoban çox olanda qoyunu qurd yeyər.
- Çoban köpəyi kimi nə yeyər, nə yedirdər.
- Çobanı özündən olanın qoyunu dişi doğar.
- Çobanın könlü olsa, təkədən pendir tutar.
- Çobanın yağı çox olanda çarığına sürtər.
- Çox aş ya qarın ağrıdar, ya baş.
- Çox aşna tutan aşnasız qalar.
- Çox bilən çox çəkər.
- Çox bilib az danışmaq igidin ləngəridir.
- Çox danışan çox yanılar.
- Çox görən çox istər, az görənin yadına da düşməz.
- Çox gülən çox da ağlar.
- Çox hürən it tutmaz.
- Çox istəyən azdan da olar.
- Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox