Dərc edildi: Baxış sayı: 5402
Azərbaycan atalar sözləri - A hərfi
- Abad məclis aşığından bəllidir.
- Abadan kənd tüstüsündən bəlli olar.
- Abbas Abbasdan, Abbas da kor Abbasdan.
- Abbasını bəyənməyən beş şahı çıxardar.
- Abdaldan paşa olmaz, taxtadan maşa.
- Abdal at mindi, özünü bəy sandı.
- Abdal düyündən, uşaq oyundan usanmaz.
- Abdal oynayanda qar yağar.
- Abır harda, çörək orda.
- Abır-həya olan yerdəbərəkət də olar.
- Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.
- Abırlı abrından qorxar, abırsız nədən qorxar?!
- Abırsızdan abrını saxla.
- Ac acı aldı, acdan ləlöyün törədi.
- Ac acı dalayar, tox toxu yalayar.
- Ac adam özünü oda vurar.
- Ac adamı qurd yeməz.
- Ac ayı oynamaz.
- Ac deyər doymaram, tox deyər acmaram.
- Ac doğrayar, tox yeyər.
- Ac donuz darıdan çıxmaz.
- Ac elə bilər hamı acdır, tox elə bilər hamı toxdur.
- Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.
- Ac girdi içəriyə yemək istədi,tox dedi;əvvəla,salam
- Ac hara, paxaç hara.
- Ac it gəlmiş, tox itin dalın yalayar.
- Ac qarına bir nəfər, nəğmə oxurmu məgər?!
- Ac qatıq istəməz, yuxulu yastıq.
- Ac qılınca çapar.
- Ac qudurğan olar, çılpaq oynağan.
- Ac qurd sürünün ortasına girər.
- Ac nə yeməz? Tox nə deməz?
- Ac saxla, yalavac saxla, yaxşı saxla.
- Ac toyuq yuxusunda darı görər.
- Ac - yanından qaç!
- Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib.
- Aca nə halal, nə haram?!
- Acam, quyruq acıyam, bağır-örkə acı deyiləm.
- Acdan ummaq olmaz.
- Acı dindirmə, toxu tərpətmə.
- Acın andı and olmaz.
- Acın gözü çörək təknəsində olar.
- Acın imanı olmaz, toxun amanı.
- Acın qarnı doyar, gözü doymaz.
- Acın qursağında çörək dayanmaz.
- Acın zəhləsi sudan gedər.
- Acından dəyirmana baxır, kibirliyindən şahid almır.
- Acla əcəli gələn söyləşər.
- Aclığında eldən yeyər, toxluğunda eldən deyər.
- Aclıq adama oyun öyrədər.
- Aclıq ayıya darayı oxudar.
- Aclıq bir il gedər, minnət min il.
- Aclıq sofiliyi pozar.
- Aclıq yavanlıq istəməz, yuxu da yastıq.
- Aclıqda darı çörəyi halvadan şirin olar.
- Aclıqdan kimsə ölməz, ölən toxluqdan ölər.
- Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olmaz.
- Acı danışan şirin söz eşitməz.
- Аcın nəyi vаr gicə vеrə.
- Acını dadmayan şirini bilməz.
- Acıq gələr göz qaralar, acıq gedər üz qaralar.
- Acıq gələr üz saralar, acıq gedər üz qaralar.
- Acıqla iş görən zərərin çəkər.
- Acıqlı başda ağıl olmaz.
- Acıqlı dilənçinin torbası boş qalar.
- Acıqlı qalxan ziyanlı oturar.
- Acıqnana dövlət yola getməz.
- Açaram sandığı, tökərəm pambığı.
- Açıq qaba it dəyər.
- Açılmamış süfrənin bir eybi var, açılmışın min.
- Ad adamı bəzəməz, adam adı bəzəyər.
- Adam adamdı olmasa da pulu, eşşək eşşəkdi olmasa da çulu.
- Adam adamın şeytanıdır.
- Adam adıyla tanınar.
- Adam ağzından söz, qazan altından köz.
- Adam aşını-işini bilməlidir.
- Adam hər düşməndən bir ağıl öyrənər.
- Adam min acını udar bir şirinin xatirinə.
- Adam olana bir söz yetər.
- Adam olmayan başqalarını adam saymaz.
- Adam öz-özünə eliyəni el yığıla eliyə bilməz.
- Adam paltar ilə tanınmaz.
- Adam sözdən, uşaq gözdən.
- Adam var ki, adamların naxşıdı, adam var ki, eşşək ondan yaxşıdı.
- Adam var ki, adamların naxşıdı, adam var ki, heyvan ondan yaxşıdı; adam var ki, dindirərsən can deyər, adam var ki, dindirməsən yaxşıdı.
- Adam var gözdən qızar, adam var sözdən qızar.
- Adam yanıla-yanıla öyrənir.
- Adamı dindir, sonra qiymətini ver.
- Adamı qılınc öldürməz, tənəli söz öldürər.
- Adamı söz, kababı köz yandırar.
- Adamı tanıyan qurd yesin.
- Adamın adı çıxınca canı çıxsa yaxşıdır.
- Adamın axır günü gərək xoş olsun.
- Adamın ayağından çəkən çox olar.
- Adamın başına nə gəlsə dilindəndir.
- Adamın dəlisi daşa güc elər, öküzün dəlisi başa.
- Adamın dinməzindən yaramaz koxa tikdilər.
- Adamın düşməni - öz dili.
- Adamın öz əli, öz kisəsi.
- Adamın üzünə baxarlar, halın xəbər alarlar.
- Adət qanun deyil, amma qanun qədər hökmü var.
- Adilin qəzəbindən qorxmaq gərək, zalımın sükutundan.
- Adı gözəl olanın özü də gözəl olar.
- Adımı güvəc qoy, amma ocaq üstə qoyma.
- Adımı sənə qoyum, səni yana-yana qoyum.
- Adın nədir - Daşdəmir, yumşalısan, yumşalı.
- Ağ ağca qara gün üçündü.
- Ağ atla cahil ağaya qulluq eləmə.
- Ağ divara hansı rəng çəksən tutar.
- Ağ evi görəndə qara evi yaddan çıxartma.
- Ağ gün adamı ağardar, qara gün qaraldar.
- Ağ itin həllaca zərəri var.
- Ağ köpək, qara köpək, ikisi də köpəkdi
- Ağ qoyun, qara qoyun keçid başında bəlli olar.
- Ağ qoyunu görənlər içi dolu yağ sanar.
- Ağ qoyunun qara quzusu da olar.
- Ağ parçaya ləkə tez düşər.
- Ağa ağ deyiblər, qaraya qara.
- Ağa dedi yatma,tənbəl dedi:Yaxşı,onda dincəlim.
- Ağa dediyin nədir, bəyənmədiyin nədir?
- Ağa ilə bostan əkənin tağı çiynində bitər.
- Ağa ilə xanım savaşdı, arada nökərin canı çıxdı.
- Ağac bar verdikcə başını aşağı əyər.
- Ağıllı bir dəfə aldanar.
- Ağıllı düşməndən qorxma, ağılsız dostdan qorx.
- Ağıllı fikir edincə, dəli Kürdən keçər.
- Ağıllı fikirləşincə, dəlinin oğlu bazara gedər.
- Ağıllı işinə baxar, axmaq dişinə.
- Ağıllı kişi qışın qeydinə yayda qalar.
- Ağıllı qəm yeyər, ağılsız qamçı.
- Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər.
- Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır.
- Ağır günün daşı ağır olar.
- Ağlı olan, qışın qeydinə yayda qalar.
- Ağzına bax tikə kəs.
- Axtaran tapar, Yoğuran yapar.
- Alət işlər, əl öyünər, Qılınc işlər, qol öyünər.
- Аlın təri ucаldаr əri.
- Allah bir yandan bağlasa, bir yandan açar.
- Allah verəndə yox yerdən verər.
- Allah verməyəndə, bəndə neyləsin?
- Alma öz ağacından uzaq düşməz.
- Analı qızın işi görünər, anasız qızın dişi.
- Ananın ərköyün oğlu hambal olar.
- Anlayan düşmən anlamaz dostdan yaxşıdır.
- Araq adamı ardan da qoyar, yardan da.
- Arif olan buluddan da nəm çəkər.
- Arı yuvasına çöp uzatmazlar.
- Arıq hara, qoruq hara.
- Artıq tamah baş yarar.
- Arpa əkən buğda biçməz.
- Аrpа olsun, büğdа olsun - təhnə dolu olsun.
- Arpa unun yoxdusa, dadlı dilin də yoxdur?!
- Arpa verilməyən at qamçı gücü ilə yeriməz.
- Arpa yemiş at mənzil kəsər.
- Arpadan, buğdadan əlim üzüldü, ümidim sənə qaldı darı xırmanı.
- Arpaya qatsan at yeməz, sümüyə qatsan it yeməz.
- Arsız kişidən arsız arvad yaxşıdır.
- Arsız nədən arlanar?!
- Arsızın üzünə tüpürüblər, "yağış yağır" demiş.
- Arşın olmayan yerdə çərək də ölçüdür.
- Artıq aş - ya qarın ağrıdar, ya baş.
- Artıq mal - gözmü çıxarır?!
- Artıq tamah daş yarar, daş qayıdar baş yarar.
- Artıq tikə baş yarar.
- Arvad evinə girənin qapısı alçaq olar.
- Arvad iki olanda ev süpürülməmiş qalar.
- Arvad ilə at igidin baxtına.
- Arvad malı alçaq qapı kimidir, girəndə də başın dəyəcək, çıxanda da.
- Arvad malı başa toxmaq kimi dəyər.
- Arvad tutan yolun axırı yoxuşa qalxar.
- Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər.
- Arvad var ev yığar, arvad var ev yıxar.
- Arvadı ahıl gözüylə, atı - cahil gözüylə.
- Arvadı bəd olanın saqqalı tez ağarar.
- Arvadın deyingəni kişini tez qocaldar.
- Arzu niyyətdən doğar.
- Asılsan da, uca budaqdan asıl.
- Aslan ağzından şikar alınmaz.
- Aslan qocalanda başına çaqqal-çuqqal toplaşar.
- Aslan yatışından da bəllidir.
- Aslanın nə erkəyi, nə dişisi.
- Asta gedən yorulmaz.
- Аş vеrmişəm аşımı vеr, yаş vеrmişəm yаşımı vеr.
- At oğurlanandan sonra axur nəyə gərək.
- At olmayan yerdə eşşək də atdır.
- At ölüb, itlərin bayramıdır.
- Ata, ana tərbiyə etməyəni həyat tərbiyə edər.
- Atası turşu yemiş, balasının dişi qamaşmış.
- Atasını tanımayan Allahını da tanımaz.
- Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu.
- Atı qamçı aparmaz, arpa aparar.
- Avara qonaq ev yiyəsini də avara qoyar.
- Ay qaynana,elə bil,gəlin olmamısan?!
- Ayağı nərdivana bir-bir qoyarlar.
- Aydınlıq olmayınca kişinin mindiyi atmıdır, eşşəkmidir, bilinməz.
- Az bilmək istəmirsənsə, çox oxu.
- Az yeyənin azarı da az olar.
- Az olsun, üz olsun.
- Az olsun saz olsun.
- Aza qane olmayan yoxa çatmaz.
- Azğınla-pozğuna öyüd-nəsihət kar eləməz.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət