Slimfit
  1. TƏBİƏT

Astagəzənlər

Astagəzənlər
Sakura

Astagəzənlər

Elmi adı Tardigradadır- Tardigrada. Onurğasız heyvan qruplarından olub, Buğumayaqlılar tipinə mənsub olan heyvanların ən primitiv və ən qədim nümayəndələrindən biridir. İlk nümayəndəsi 1777-ci ildə İ.Qosse tərəfindən təsvir olunmuşdur.

Mikroskopik heyvanları əhatə edir. Uzunluqları 0,1 - 0,5 mm-dən artıq olmur. Bədən qısa və silindrikdir. Üzəri hamar və ya qalxancığa bənzər kutikula ilə örtülüdür. Kutikulada məsamələr, hissedici əmziklər, tikanvari qabarcıqlar və s. vardır. 4 cüt ətrafa malikdir. Onların 3 cütü bədənin yanlarında, 1 cütü isə arxa qurtaracağında yerləşir (şəkil). Ətraflar uzun və sivri caynaqlarla təchiz  olunmuşdur. Caynaqların forması, sayı və ölçüsü qrupun təsnifatında rol oynayır. Zəif hərəkət edirlər – dəqiqədə 2 – 3 mm. Tənəffüs bütün bədən səthi ilədir.

Nümayəndələri tropikadan qütb ölkələrinə qədər yayılmışdır. Onlara həm su mühitində (400 m-lik dərinliyə qədər), həm də quru ərazilərdə (6000 m-lik hündürlüklərə qədər) mamır və şibyə topalarının arasında rast gəlinir. Əlverişsiz şəraiti anabioz vəziyyətdə keçirirlər. Mənfi 20C temperaturda 30 ilə qədər yaşaya bilirlər. Şüalanmaya daha çox dözümlüdürlər (570 000 rentgen). Müqayisə üçün deyək ki, insan üçün radiasiyanın ölümcül dozası cəmi 500 rentgendir.

Azərbaycan faunasında da rast gəlinir. Düzdür bu qrup üzrə xüsusi tədqiqat aparılmasa da Hacıqabul və Naxalıxçala göllərində Macrobiotus hufelandi, Soyuqbulaq çayda Milnesium tardigradum və Ceyranbatan su anbarında isə Macrobiotus sp. qeydə alınmışdır (Əliyev 1971, Qasımov 2004).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR