Dərc edildi: Baxış sayı: 772
AŞPA-nın həmməruzəçisi Azərbaycana gəlib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Bakıya gəlib.
“Report”un Fransa bürosu xəbər verir ki, iyulun 4-6-nı əhatə edəcək səfər çərçivəsində diplomat Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyini müəyyənləşdirmək üçün rəsmi şəxslərlə və vətəndaş cəmiyyəti nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.
Xatırladaq ki, ilkin olaraq bu ilin əvvəlinə planlaşdırılmış AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri “Brexit”lə bağlı təxirə salınmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət