Slimfit
  1. MARAQLI

Asiyalı qadınları cavanlaşdıran soyuq qaşıq masajı

Asiyalı qadınları cavanlaşdıran soyuq qaşıq masajı
Sakura

Asiyalı qadınları cavanlaşdıran soyuq qaşıq masajı

Asiyalı qadınlar dərilərinin cavan qalması üçün bir çox təsirli gözəllik ayinləri həyata keçirir. Onların dəriləri həqiqətən də daha sağlam olması ilə seçilir.

Publika.az xəbər verir ki, Yaponiya, Koreya, Çində qadınlar dərini soyuq qaşıq masajı ilə cavanlaşdırır, daha doğrusu yaşlanma prosesini ləngidirərək möhtəşəm nəticələr əldə edirlər. Kosmetoloqlar bildirib ki, qaşıq masajının effekti 2 həftədən sonra hiss olunur.

Dərinin gözəlliyi və sağlamlığı əsasən qan dövranının normal fəaliyyət ilə bağlıdır. Qaşıq masajı qan dövranı və limfanı yaxşılaşdıraraq qırışların yaranmasına mane olur, eləcə də dəri rəngini canlandırır.

Lakin limfa sistemi ilə bağlı problemlər yaşayarsınızsa, damarlar dərinin səthinə çox yaxındırsa, dəri iltihabı və ya dəridə zədə varsa, bu kimi hallarda həkimlə məsləhətləşin.

Nəyə ehtiyac var?

Asiyalı xanımlar dəriyə daha yaxşı nöqtə təzyiqi göstərmək üçün çini və keramik qaşıqdan istifadə edir. Ancaq siz normal qaşıq da istifadə edə bilərsiniz. Yalnız kənarları kəskin olmamalıdır. Allergiyanız yoxdursa, hind qozu yağı, ya da nəmləndirici krem istifadə etmək olar. Soyuq və ilıq qaşıqlar qan dövranını gücləndirirərək sinir uclarını xəbərdar edir.

Qaşıqları sterilizə edib ayrı-ayrı saxlayın. Masajdan əvvəl dərini təmizləyin. Qaşıqlarla dəridə daha yaxşı sürüşmə effektini əldə etmək üçün kifayət qədər yağ və ya krem tətbiq edin. Lakin damarların xəsarət almaması üçün qaşığı dəriyə həddən artıq basmayın. Masaj üçün ən uyğun vaxt səhərdir.

Göz torbalarını aradan qaldırır

Göz altı şişlərdən xilas olmaq üçün soyuq qaşığı gözlərinin altına yerləşdirib yuxarı və aşağı, irəli və geriyə doğru masaj edin. Gözlərin altına krem süetsəniz, hərəkətlər daha intensiv ola bilər. Masaj müddəti 1-2 dəqiqədir.

Qaşıqları soyuq suya salıb və təkrar gözünüzə qoyun. 5-7 dəfə təkrar edin. Bu üsul şişmiş göz qapaqları üçün təsirlidir.

Qaşların arasındakı qırışlardan xilas olmaq üçün

Qaşların arasına bir qaşıq yerləşdirin və yüngülcə basın. Alının üst hissəsinə doğru qalxın. İlıq qaşıq istifadə edərək eyni hərəkətləri təkrar edin.

Qaz ayaqlarından xilas olmaq üçün

Soyuq qaşıqların arxasını gözün kənarlarına yerləşdirin. 5-7 dəfə dairəvi hərəkətlərlə gicgahlara doğru irəliləyin. Qaşıqlar isinəndə dəyişdirin və 5 dəfə eyni əməliyyatı yerinə yetirin.

Daha sağlam baxışlar

İlıq qaşıqları şəkildəki kimi yerləşdirin. Yavaşca dairəvi hərəkətlərlə üzdə sürüşün. 10 dəfə təkrar edin.

Alın qırışlarından xilas olmaq üçün

İlıq qaşıqları alın ortasına yerləşdirin və dairəvi hərəkətlərlə gicgahlara tərəf masaj edin. Sonra başladığınız nöqtəyə, alın ortasına geri qayıdın. Qaşıqlar soyuduqdan sonra təkrar isidin. Masajın müddəti 2-3 dəqiqədir.

Mimik qırışlara qarşı

Ağzınızı açın və dodaqlarınızı yüngülcə uzadın. Qaşıqları sol şəkildə göstərildiyi kimi yerləşdirib dairəvi hərəkətlərlə ağzınızın hər iki küncünü masaj edin. Masajı 5-7 dəfə təkrar edin.

Buxağı yox edən masaj

2 ilıq qaşığı çənənin altına yerləşdirin və xəfifcə dairəvi hərəkətlərlə qulağınıza tərəf gətirin. 10 dəfə təkrar edin.

Yanaqların elastikliyini bərpa etmək üçün

İsti qaşıqları ağız kənarlarına yerləşdirin və dik tutun. Dairəvi hərəkətlərlə qaşıqları qulaqlara tərəf gətirin. Sonra qaşıqları təkrar isidin, başlanğıc vəziyyətinə gəlin, ağzınızı yavaşca açın və şəkildəki kimi gülümsəyin. Dairəvi hərəkətlərlə qaşıqları qulaqların altına gətirin. Hər iki məşqi 5-6 dəfə təkrar edin.

Boyun əzələlərini rahatlaşdırın

Qulağın altına sol şəkildə göstərildiyi kimi ilıq bir qaşıq yerləşdirin. Yüngülcə basın və körpücük sümüyünə keçin. 10 dəfə təkrar edin

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR