Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Valeh - Mollalar

Aşıq Valeh - Mollalar
Sakura

Aşıq Valeh - Mollalar

Sizi sahib kim edibdir,
Söylən, cahana mollalar?
Özünüzdən şübhələnib,
Düşmən gümana, mollalar.
Sizi bu damaqda qoymaz
Bilin, zamana, mollalar.
Xeyir işi şərə çəkib,
Yozman ziyana, mollalar,
Cəhənnəm ki haram deyil,
Eşqə uyana, mollalar.

Günah, savab nə olduğun,
Artıq biz də anlayırıq.
Nə bircə qəlbə dəyirik,
Nə kimsəni danlayırıq.
Nə beçətək qaqqıldarıq,
Nə xoruztək banlayırıq,
Nə varlıya baş əyirik,
Nə kimsəni yanlıyırıq.
İnsaf edin, əl atmayın,
Dinə, qur`ana, mollalar.

Kərbəlayı olmaq üçün,
Necə düşmən çıxım saza?
Sevdalı şeyda bülbüləm,
Könül müştaq olub yaza.
Ehtiyacım yoxdur mənim,
Nə oruca, nə namaza,
İki mələk müqərrərdi,
Hər əməli görə, yaza,
Kənd içində sərsəm edib,
Olan divana, mollalar.

Neçə hacı, kərbəlayı,
Saqqalına həna qoyur.
Girvənkədə bir çətvəri,
Oğurlayır, yana qoyur,
Bir yetimdən mal alanda,
İnək adın dana qoyur,
Yalan satır müştəriyə,
Kürək adın şana qoyur,
Qəpik üçün and içərlər,
Ayə qurana mollalar.

Aşıq Valeh bu sənətlə,
Məşhur olub ucalıbdı.
Hər ümmana qəvvas olub,
Təbiətdən tac alıbdı.
Neçə deyiş meydanında,
Ustadlardan bac alıbdı.
Könül eşqə gəl-gəl deyir.
Deməyin ki, qocalıbdı.
Bir də mənə, kafər demə,
Gəlin imana, mollalar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR