Dərc edildi: Baxış sayı: 474
Aşıq Valeh - Kağızı
Gözləriniz aydın olsun,
Gəlibdi yarın kağızı.
Bülbül uçar yuvasından,
Gəldi nigarın kağızı.
İnciməsin gülü xəndan,
Gələr günlər, keçər sandan,
Can ayrılır cananından,
Gəldi qubarın kağızı.
Valeh ağlar yana-yana.
Səfər edər Dağıstana.
Çağırır cəngə-meydana,
O Zərnigarın kağızı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət