Dərc edildi: Baxış sayı: 729
Aşıq Valeh - Çəkər
Sallana-sallana bağa çıxanda,
Sərv qamətindən xəcalət çəkər.
Lalə yanağından, nərgiz üzündən,
Qonça gülüşündən nədamət çəkər.
Nəstərən, bənöfşə çalışa yüz il,
Çətindi ömrünə yetəndə müşkül,
Əgər zülflərinlə bəhs etsə sünbül,
Düşər ayaqlara qərabət çəkər.
Valehin bağrını eylədin büryan,
Qurbanam yolunda ay əbrü-kaman,
Mən deyiləm təkcə hüsnünə heyran,
Həsrətini külli vilayət çəkər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət