Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Valeh - Aşıq Valehlə Məsum Əfəndinin deyişməsi

Aşıq Valeh - Aşıq Valehlə Məsum Əfəndinin deyişməsi
Sakura

Aşıq Valeh - Aşıq Valehlə Məsum Əfəndinin deyişməsi

Məsum Əfəndi

Kəndinə laf edib, şairəm deyən, 
Sualımın qabağında döz indi. 
Diksinmə, çəkinmə, qısqanma, qorxma. 
A1 sualın, ver cavabın tez indi.

Aşıq Valeh

Bilsəydik mahalı bəndə salıbsan, 
Eh billah, gəlməzdik bura biz indi. 
Diksinmərəm, qısqanmaram, qorxmaram, 
Xəbər alsan o sualdan yüz indi.

Məsum Əfəndi

O kim idi, getdi həraya qurban, 
O kim idi, doğdu bir neçə oğlan. 
O kim idi, əzəl etdi nahaq qan, 
Nə səbəbdən?.. arasında gəz indi.

Aşıq Valeh

Cəbrayıl gətirdi ülfətə qurban, 
Həvva-ana doğdu yüz səksən oğlan. 
Habili Qabil öldürdü, etdi nahaq qan,
Adəm verməmişdi ona qız indi.

Məsum Əfəndi

O kim idi, rükət-namazı qıldı, 
Neçə il orada xidmətdə qaldı, 
Neçə min mələyə xidmətkar oldu, 
Axırda da danışmadı düz indi.

Aşıq Valeh

Mələk tavıs min rükət namazın qıldı, 
Səksən min il orada qiyama durdu. 
Səksən min mələyə xidmətkar oldu, 
Oldu şeytan, danışmadı düz indi.

Məsum Əfəndi

O kimdir ki, əlləri var neçə min? 
Hər əlində barmaqları neçə min? 
Hər barmaqda qələm çalar neçə min?
Bunu bilən aşığa yox söz indi.

Aşıq Valeh

Cəhənnəm maliki əli yeddi min, 
Hər əlində barmaqları yeddi min. 
Hər barmaqda qələm çalır yeddi min, 
Onu nə biz görürük, nə də siz indi.

Məsum Əfəındi

Məsum Əfəndiyəm sahibi-qüdrət, 
Harada danışdı min kəlmə xəlvət. 
O nə idi verdilər ona zər-zinət? 
Aşıqsansa bu sözlərə döz indi.

Aşıq Valeh

Valehəm, Məhəmməd sahibi-qüdrət, 
Meracda danışdı min kəlmə xəlvət. 
Mələklər Behiştdə verdilər zinət, 
Onun ərkanında quluq biz indi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR