Slimfit
  1. BİOQRAFİYA

Aşıq Valeh

Aşıq Valeh
Sakura

Aşıq Valeh - XVIII-XIX əsr Azərbaycan şairi

Aşıq Valeh – XVIII əsrin görkəmli aşıqlarındandır. Əsl adı Səfidir. Kərbəlanı ziyarət etdiyi üçün, Kərbəlayi Səfi kimi də tanınıb.

Aşıq Valeh 1729-cı ildə Ağdam yaxınlığındakı Gülablı kəndində anadan olub. Məşhur tarzən, Azərbaycan Xalq Artisti Qurban Baxşəli oğlu Primovun ulu babasıdır. Təhsilini Şuşada alıb. Şeirlərinin bir çoxu çağdaş şairlərdən Canıoğlu Abdulla, Baba bəy Şakir və Aşıq Qəmbərüçün yazılıb. Bu şeirlərində şairin onlarla olan şəxsi münasibətləri və s. öz əksini tapıb. Şeirlərindən aydın olur ki, aşıq Valeh dövrünün ünlü şairi Molla Pənah Vaqiflə (1717-1797) çox yaxın dostluq münasibətində olmuşdur. Onun ən məşhur şeiri "Vücudnamə"sidir. Bu şeirdə insan həyatı ana bətnindən qəbirə qədər təsvir edilib.

Həyatı və yaradıcılığı hələ də lazımınca araşdırılmayan aşıq Valeh 1822-cü ildə Gülablıda öz doğma kəndində künbəzin dərəsi adlanan yerdə həyat yoldaşı Dərbəndli qızı Aşıq Zərniyar xanımla bu yerdə dəfn olunmuşdur.

 

Qoşmalar

 

Gəraylılar

 

Müxəmməslər

 

Deyişmələr

 

Müxtəlif şeirlər

 

Əhvalatlar

 

Dastanlar

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR