Dərc edildi: Baxış sayı: 495
Aşıq Şivğa - Xırtızın
Ey ərənlər, sizi tərif eyləyim,
Dürdü cavahirdi malı Xırtızın.
Bir toy olur, başdan başa bəzənir,
Geyilir yaşılı, alı Xırtızın.
Xırtızın tarpları qoşa-qoşadır,
Ərdahançay coşar üç gün, boşalır,
Torçular tor atır, lurca boşaldır,
Bölüşür parası,pulu Xırtızın.
Şivğanın sözləri düzəlir gəlir,
Tuşlardan ökəci tökülür gəlir,
Ağbabadan yağı tapılır gəlir,
Miraşxandan gəlir balı Xırtızın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət