Dərc edildi: Baxış sayı: 568
Aşıq Şenlik - Yaxşıdı
Bir kəs könül sənə etmad etsə,
Biliynən ki, onun zatı yaxşıdı.
Namərd leyli nahar plov yedirtsə,
Mərdin quru məhəbbəti yaxşıdı.
Hərcayi əlindən dəng oldum başdan,
Baş qafa adamdan, ürəyi daşdan,
Bədnəzər qonşudan, kötü yoldaşdan,
Qədirbilənlərin iti yaxşıdı.
Dad həzar əlindən pərgarsız sazdan,
Ver qurtar özünü nəzir-niyazdan,
Gəyəzən gəlindən, güləyən qızdan,
Söyləyən arvaddan lotu yaxşıdı.
Qul Şenlik sözünü söylədi sağdan,
Piltəli çıraxdı şamdanı yağdan,
Çörəksiz otaqdan, meyvəsiz bağdan,
Çayır çəmənlərin otu yaxşıdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət