Dərc edildi: Baxış sayı: 533
Aşıq Şenlik - Qartal
Nə baxırsan məlul-məlul üzümə,
Qoydun ürəyimə vərəmi, qartal.
Qanad çaldın, pərvaz etdin uçmağa,
Zalım güllə kəsdi aranı, qartal.
Zəhmin ağır, pəncən aslan pəncəsi,
Qorxundu quşların zor işgəncəsi,
Ovçusan, ovçunun olmaz gecəsi...
Gör saldın yadıma haranı, qartal?
Sarıdı gözlərin, məğrurdu başın,
Caynaqlıdır pəncən, kəskindir dişin,
İnsafsız, zülmkar zabit yoldaşın,
Öldürməkdi səni məramı, qartal.
Səfil Şenlik zülm eylədi sənə,
Çalardın, çapardın, batardın qana,
Dərdin həddən aşıb, ta gəlməz sana,
Loğman da sağaltmaz yaranı, qartal.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət