Dərc edildi: Baxış sayı: 689
Aşıq Şenlik - Nə deyir
Bağban qardaş mənim vəsfi halımı,
Intizarlı yara de, gör nə deyir.
Etibar üzməsin mən beynəvadan,
Gözəl laləzərə de, gör nə deyir.
Sevda sirə endi, nə gəlir əldən,
Işarət vəsf eylə şeyda bülbüldən.
Şikayət qəhrini deyəndə dildən,
Sidqi hülüskara de, gör nə deyir.
Şenlik cəbr ucundan çəkər cəfayı,
Təbib sən ol, eylə dərdə davayı.
Beyqəfil gəzərkən, mən benavayı,
Saldı bu efkara, de, gör nə deyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət