Dərc edildi: Baxış sayı: 546
Aşıq Şenlik - Mənəm
Düşmüşəm qəm dəryasına ummanda üzən mənəm,
Röyada çərxi aləmi dövr edib gəzən mənəm.
Dərsim aldım pünhandan əyana çıxmaz sirrim,
Əhli mərifət, xoş nəsihət, cəvahir lisan mənəm.
Səmada məhlukat gördüm nəzmidir nur dənəsi,
Çıxmaz ərşə, enməz xaka incidəndir binası.
Yirmi dörd sahat, min dörd yüz qırxdır mənası,
Birində min kərə haqqa şükr edər insan mənəm.
Nə layiq ki, məni deyib arzulayıb gələsən,
Divanı aləm içində imtahana salasan.
Desələr ki Səfil Şenliy sən bir əzim qalasan,
Rütbəm ərşə dirək olsa xak ilə yeksan mənəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət