Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Şenlik - İxtiyarlıq

Aşıq Şenlik - İxtiyarlıq
Sakura

Aşıq Şenlik - İxtiyarlıq

Bu dünyanm səfasmı sürmədən 
Nə tutdun yaxamı ay ixtiyarbq. 
Əwəlki dövranım düşər yadıma 
Ol götür yaxamdan, qoy ixtiyarlıq.

Alıb verir dizlərimin yelini,
Əydin qamətimi, bükdün belimi.
Yaxm ikən iraq etdin yolumu 
Günlük yolum oldü ay, ixtiyarlıq.

Dayaqsız bir addım ata bilmənəm, 
Tük döşək üstündə yata bilmənəm, 
Altı aylıq cocuğa yetə bilmənəm, 
Etdin sabilerə tay ixtiyarlıq.

Sultan idim dağ başında mən əzəl 
İndi tökülənlər könlümdən xəzəl. 
Məni görüb gülər idi her gözəl 
Onu da ömrümə say, ixtiyarlıq.

Sulandı gözlərim, zay oldu işlər,
Ağız papucladı, töküldü dişlər, 
Ürkməz oldu məndən yerdəki quşlar, 
Çəkərəm əlindən huy, ixtiyarlıq.

Səfil Şenlik boylə bir halə gəldi,
Eşq ucundan benzi saraldı soldu, 
Evladi-eyalım tərkimi qıldı,
Axır günüm oldu zay ixtiyarlıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR