Dərc edildi: Baxış sayı: 553
Aşıq Şenlik - Getdi
Necə ağlamayım, necə yanmayım,
Sonam, düşdü məndən aralı getdi.
Bir ox atdı, sinəm san-şan eylədi,
Sağı cismim yandı, paralı getdi.
Hicran qəhrindəyəm, bağlıdı qolum,
Sevda həsrətindən qalmayıb halım.
Canıma susayan o qanlı zalım,
Məni qoydu qəmdə, yaralı getdi.
Sanki bir mələkdi əlvanlı donda,
Pürrü pərvaz eylər hərə bir yanda,
Şenlik der, taqətim qalmadı canda,
Kəsildi səbrimin qərarı getdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət