Dərc edildi: Baxış sayı: 534
Aşıq Şenlik - Gəlir
Millət komutanı Vağarşah ağa,
Səbr eylə başına gör nələr gəlir.
Yığıbsan başına bir bölük dığa,
Demə ki, onlardan bir hünər gəlir.
Uyma canfidaya, o qaxdağana,
Bir gün şəhərini verər talana.
Nə Bakıya bənzər, nə də Şirvana,
Hazır ol üstünə yüz min ər gəlir.
Şörəyel sancağı yalnız qalıbdı,
Ağbaba bu işə müştaq olubdu,
Min beş yüz Çıldırlı hazır gəlibdi,
Keçib başı-candan, sərbəsər gəlir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət