Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Şenlik - Can sağ ikən yurd vermənih düşmana

Aşıq Şenlik - Can sağ ikən yurd vermənih düşmana
Sakura

Aşıq Şenlik - Can sağ ikən yurd vermənih düşmana

Əhli-islam olan eşitsin, bilsin,
Can sağ ikən yurd vermənih düşmana.
0stər ki, Uruset nə var ki, gəlsin,
Can sağ ikən yurd vermənih düşmana.

Qurşanın qılıncı, geyinin donu,
Qova buludları sardı hər yanı,
Dodu qoç iyidin şan almaq gğnü,
Can sağ ikən yurd vermənih düşmana.

Əsgər olan bölüh-bölüh bölünər,
Qars qalası sandızmı ki, alınar,
Boz attar üstündə qılınc çalınar,
Can sağ ikən yurd vermənih düşmana.

Qovğa günü namərd sapa yer arar,
Ər olan köhsünü düşmana gərər,
Cəmi ərvah biznən meydana girər,
Can sağ ikən yurd vermənih düşmana.

Hələ Alosmanın görmüyüf zorun,
Din qeyrəti olan, tədarüh görün,
At təpin, baş kəsin, qazağı qırın,
Can sağ ikən yurd vermənih düşmana.

Men-Əfsərdi bilin urusun əsli,
Orman yabanısı, balıqçı nəsli,
Xınzır sürüsünə dalıf qurd misli
Can sağ ikən yurd vermənih düşmana.

Şennih, nə durursan, atdarı minin,
Sıyra qılınc düşman üstünə dönün,
Artajaxdı şanı bu Alosmanın,
Can sağ ikən yurd vermənih düşmana.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR