Dərc edildi: Baxış sayı: 603
Aşıq Şenlik - Bir yara
Eşq odunnan ataş alıb yanırım,
Arzuhalım yetirsəniz bir yara.
Mən əzizinəm bir yara,
Bir hicrandı, bir yara,
Dərd bilən təbib gəlsə,
Məlhəm sevər bir yara.
Gecə-gündüz ahu fəryad eylərəm,
Leyli nahar intizaram bir yara.
Varmı mənim kimi şamu-səhər ləliyən,
Şirin canı eşq oduna talıyan.
Mən əzizinəm talıyan,
Talan düşüb talıyan,
Deyirlər murad alar,
Haqqdan dilək diliyən.
Məni belə dəli dərviş eliyən,
Bir hicrandı, bir əfkardı, bir yara.
Qul Şenlikəm qara baxtım ağ deyil,
Sinəm üstə çalın-çarpaz dağ deyil,
Mən əzizinəm dağ deyil,
Düyün deyil, dağ deyil,
Keşdi dövrü zamanə,
Zafdı mümkün sağ deyil.
Var əndamım başdan-başa sağ deyil.
Yüz min yerdən şan-şan olub bir yara.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət