Slimfit
  1. MƏDƏNİYYƏT

Aşıq Sənəti Muzeyi binasının tikintisi üçün 3 160 000 manat ayrılıb

Aşıq Sənəti Muzeyi binasının tikintisi üçün 3 160 000 manat ayrılıb
Sakura

Aşıq Sənəti Muzeyi binasının tikintisi üçün 3 160 000 manat ayrılıb

Prezident İlham Əliyev Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

ONA-nın xəbərinə görə, sərəncama əsasən, Tovuz rayonunda Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi işlərinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 3 160 000 (üç milyon yüz altmış min) manatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılıb.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR