Dərc edildi: Baxış sayı: 421
Aşıq Səməd - Səni
Uğur olsun səfərinə, dayanma,
Bürüyübdü qəmli xəyalət səni.
Şagirdlər imdadı sənsən dünyada,
Aşıqlar eyləyər ziyarət səni.
İsmini sorsalar, deynən yektayam,
Natiqi-elmidə qəlbi dəryayam.
Naşı deyil, həqdən gələn sevdayam,
Dərin ağlın etməz xəcalət səni.
Əldə Quran Səməd baxır göylərə,
Qocalmışam, mizrab çatmır simlərə.
Bəlkə öldüm, görüş qaldı məhşərə,
Tapşırıram həqqə əmanət səni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət