Dərc edildi: Baxış sayı: 350
Aşıq Sədrəddin - Nə var ki
Xoş gündə xəlq edib səni yaradan,
Hər insana candan gözəl nə var ki...
Seçilirsən yüz gözəlin içindən,
Aşiqə canandan gözəl, nə var ki...
Mənə can deyirsən, titrəyir canım,
Cəsəddə durulur, atlanır qanım.
Sənsən qibləgahım, dinim, imanım,
Canına olmağa qurban nə var ki...
Bəyənmişəm o nurlu kamalını,
Bir də ağ üzündə qoşa xalını.
Xudam xub yaradıb xoş camalını,
Sədrəddinə bundan gözəl nə var ki...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət