Dərc edildi: Baxış sayı: 509
Aşıq Sədrəddin - Məni
Sənətimdə qoca dağam,
Yıxa bilməz sellər məni.
Mənə badə verib ağam,
Sevər pak könüllər məni.
Başımda dağ havası var,
Nakamların “nəvası” var,
Yağılarla davası var,
Unutmaz bu ellər məni.
Sədrəddindən söz qalacaq,
Demirəm ki, yüz qalacaq.
Məna dolu iz qalacaq,
Yad edər aqillər məni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət