Dərc edildi: Baxış sayı: 401
Aşıq Sədrəddin - Dəyişər
Gəl uyma bəzəyə, mala, dövlətə,
Çoxaldıqca xişmi-halın dəyişər.
Var-dövlət artdıqca ar kasadlaşar,
Kobudlaşar, hər əhvalın dəyişər.
Demirəm, ac dolan sən bilə-bilə,
Hərdən yön ver gəl, xeyir əmələ,
Əl tut, kömək elə şilə, əlilə,
Əskik olar, qeyri-qalın dəyişər.
Sərdə qorxun olsun “yazı yazandan”,
Günah etsən, mərhum edər azandan.
Qəfil külək əsər, qəhri-qəzadan,
Varın əldən çıxar, yolun dəyişər.
Sədrəddinəm, mən sözümə ağayam,
Sanmaginən bələkdəyəm, çağayam,
Nəsihət bəhriyəm, sözün sağıyam,
Eşitməsən, nur-kamalın dəyişər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət