Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Qurbani - Şirvanlı Dostu ilə II deyişmə

Aşıq Qurbani - Şirvanlı Dostu ilə II deyişmə
Sakura

Aşıq Qurbani - Şirvanlı Dostu ilə II deyişmə

II deyişmә
Ş i r v a n l ı D o s t u
O nәdir ki, alçaqlardan axayır?
O nәdir ki, yerdәn göyә baxayır?
O nәdir ki, nәrdivana qalxayır?
O nәdir ki, nәrdivandan enәr, hey!..

Q u r b a n i
O – sudur ki, alçaqlardan axayır,
O – insandır, yerdәn göyә baxayır.
Cavanlıqdır, nәrdivana qalxayır,
Qocalıqdır, nәrdivandan enәr, hey!..

Ş i r v a n l ı D o s t u
O nәdir ki, gecә, gecә çox olur?
O nәdir ki, gün dәymәmiş yox olur?
O nәdir ki, әl dәyәndә ox olur?
O nәdir ki, әl dәymәmiş dolar, hey!..

Q u r b a n i
O – uruhdu, gecә, gecә çox olur,
O – ulduzdu, gün dәymәmiş yox olur,
O – kiprikdir, әl dәyәndә ox olur,
O – gözdür ki, әl dәymәmiş dolar, hey!..

Ş i r v a n l ı D o s t u
Dostu deyәr: Kimdir dәstindә badә?
O kimdir ki, boyun әymәz Quranә?
O kim idi, ömrünü verdi badә?
O kim idi, harda töylә bular, hey?

Q u r b a n i
Qurbani der: Әli dәstindә badә,
O – şeytandı, boyun әymәz Quranә,
O – insandır, ömrünü verdi badә,
Әzrayıldı, әrşdә töylә bular, hey!..

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR