Dərc edildi: Baxış sayı: 363
Aşıq Qurbani - Qızların
Axşamdan yağan qar çıxıbdı dizə,
Kəsilib bulaqdan yolu qızların.
Sənəyin doldurub qoyanda düzə,
Üşüdü barmağı, əli qızların.
Gözəllər yığılıb hamısı kəndə,
Sənəyin doldurub burdan ötəndə,
Şamaxı şəddəli gərdənbənd təndə,
Əyrimcədən keçər beli qızların.
Qurbani der: bu dərdləri biləsiz,
Qohum-qardaş yığılıban gələsiz,
Adna axşamında bəlgə qoyasız,
Kəsilə qovğası, qalı qızların.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət