Dərc edildi: Baxış sayı: 401
Aşıq Qurbani - Qaldı
Sitәmlә ayrıldım ana vәtәndәn,
Yarımın bağbansız bağları qaldı.
Alagöz çiçәkli, tәr şәmamәli
Bostan sinәsinin tağları qaldı.
Köç-köç oldu, karvan yola düzüldü,
Yarın gözlәrindәn qan-yaş süzüldü,
Aman, dostlar, әlim yardan üzüldü,
Düşmәnin sinәmdә dağları qaldı.
Artıb Qurbaninin dәrdi, qübarı,
Başının sevdası, dil ahü zarı.
Baxmaqdan gözlәri vәtәnә sarı
Әridi qarası, ağları qaldı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət